Aorta qövsü – ikinci sağ döş-qabırğa oynağının bərabərində qalxan aortanın ardını təşkil edib çıxıq tərəfi yuxarıya çevrilmiş bir halda sola və arxaya doğru gedir və 4-cü döş fəqərəsinin bərabərində onurğanın sol tərəfində enən aortaya keçir; bunun uzunluğu 5–6 sm-ə bərabərdir və enən aorta ilə hüdudunu arterial bağın () bağlanan yeri təşkil edir. Aorta qövsü sol bronxun kökünü yuxarıdan çarpazlayır və sağ tərəfdə sağ orta divar plevrasına, arxada isə qida borusunun sol tərəfinə söykənir. Sintopiya cəhətcə aşağıda göstərilən üzv, sinir və damarlarla rabitədədir: ön tərəfdə – hüzrəli toxuma qatı və çəngələbənzər vəzi, dal tərəfdə – nəfəs borusu, və qida borusu, sağ tərəfdə – yuxarı boş vena, solda və bir az ön tərəfdə – və sol diafraqma siniri, yuxarı tərəfdə – sol adsız vena və aşağı tərəfdə sol bronx ilə sağ ağciyər arteriyası olur. Ən yuxarı nöqtəsi birinci qabırğanın ön ucunun yuxarı kənarına uyğundur. Aorta qövsünün yuxarı çıxıq tərəfində sağdan-sola doğru üç böyük şaxə çıxır. – bazu-baş kötüyü aorta qövsünün ən böyük şaxəsidir və o birilərindən sağ tərəfdə yerləşmişdir; – sol ümumi yuxu arteriyası; – sol körpücükaltı arteriya. Bunlar aorta qövsündən başlayaraq boyuna, başa, çiyinə, yuxarı ətrafa, iki yuxarı qabırğaarası sahələrinə, döşqəfəsinin qabağına və qarının qabaq divarına (göbəyədək) şaxələr verir. Yuxarıda göstərilən şaxələrdən başqa aorta qövsündən bəzən (V. Qruberin fikirincə 10%) adlanan kiçik bir şaxə başlayır. Bu damar ilə arasından çıxaraq nəfəs borusunun ön tərəfi ilə yuxarıya doğru qalxır və qalxanabənzər vəziyə daxil olur. Bununpraktikada artıq dərəcədə əhəmiyyəti vardır, çünki traxeostomiya (nəfəs borusunu yarma) zamanı cərrah səhvən bunu kəsərsə, nəticədə şiddətli qanaxma əmələ gələ bilər. Aorta qövsünün basıq səthindən nəfəs borusuna, bronxlara və çəngələbənzər vəziyə məxsus şaxəciklər çıxır.
Aorta qövsünün skeletə olan nisbəti (skletotopiyası), istiqaməti və ondan çıxan damarların miqdarı döş qəfəsinin quruluşundan asılıdır. Enli döş qəfəslilərdə (broxumorf insanlarda) aorta qövsü səthdə və frontal istiqamətdə olur və ondan çıxan damarlar bir-birindən uzaq olur. Yəni damarların dispersiyası müşahidə olunur. Döş qəfəsi dar və uzun olanlarda (dolixomorf insanlarda) aorta qövsü əksinə olaraq olduqca dərində və sağital istiqamətdə yerləşir və ondan çıxan damarlar bir-birinə yaxın olur, zəni damarların konsentrasiyası müşahidə olunur (V.K. Şevkunenko)
Mənbələr 50 px|left Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie
İstinadlar
Xarici keçidlər Right Aortic Arch Anatomy Teaching Case from MedPix
Kateqoriya:Anatomiya Kateqoriya:Ürək-damar sistemi Kateqoriya:Arteriya sistemi Kateqoriya:Arteriyalar Kateqoriya:Döş qəfəsi arteriyaları Kateqoriya:Aorta