Qırmızıkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun Qırmızıkənd kənd inzibati ərazi dairəsində kənd. Akkuşa çayının sağ sahilində yerləşən kəndlərdən biridir.
Tarixi Kəndin keçmiş adı Xarabakənd olmuşdur. Bu kənd Zəncirbənd də adlandırılmışdır. Belə ehtimal olunur ki, əvəllər kəndin içindən Akkuşa çayı keçmişdir. Burada insanlar ticarət etmişlər. Bura xalqları bir–birinə bağladığı üçün belə adlanmışdır.
Din Kənddə "İmam Zaman" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Neftçala rayonunun kəndləri