İrəvanlı (əvvəlki adı: Yerevanlı) — Azərbaycan Respublikasının Tərtər rayonunun İrəvanlı kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tərtər rayonunun Soyulankənd inzibati ərazi vahidi tərkibindəki Yerevanlı kəndi İrəvanlı kəndi adlandırılmışdır.
Coğrafiyası və iqlimi Kəndin ərazisi 383 ha-dır. İrəvanli kəndindən Tərtər şəhər poçtamtınadək məsafə 11 km, kənd inzibati vahidininin mərkəzinə yaxın dəmiryolu stansiyası — Köçərli Dəmiryol Stansiyasınadək məsafə 11 km.
Əhalisi Əhalisi 2007-ci il 1 yanvar tarixinədək 954 nəfərdir, o cümlədən kişi 469, qadın 485 nəfərdir.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Mədəniyyəti İnzibati ərazi vahidində Başçısının nümayəndəliyi, İrəvanli bələdiyyəsi, mədəniyyət evi, uşaq bağçası, EATS fəaliyyət göstərir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Tərtər rayonunun kəndləri