Hacıqaraqaşlı — Azərbaycan Respublikasının Şabran rayonunun Çölquşçu kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası XVIII əsrin axırlarında Quba xanı Fətəli xanın (1757–89) Qarabağdan köçürüb gətirdiyi qaraqaşlı tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacı həmin ailələrin başçısının adı olmuşdur.
Coğrafiyası və iqlimi Kənd Samur–Dəvəçi ovalığında yerləşir.
Əhalisi Kəndin əhalisi 315 nəfər təşkil edir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şabran rayonunun kəndləri