Qarabaqqal — Azərbaycan Respublikasının Göyçay rayonunun Qarabaqqal kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Göyçayın sahilində Şirvan düzündədir. Oykonim orada yaşamış qarabaqqal nəslinin adını əks etdirir. Yerli məlumata görə, kəndin əhalisi az bir hissəsi Qarabağ xanlığından köçüb gəlmişdir. Bir hissəsi Qəbələ sultanlığından əsas kənd Əhalisi qədimdə Monqolların tərkibində gəlmiş Qaraman tayfasındandırlar.Başçıları guya baqqallıqla məşğul olmuş Qara adlı şəxs olduğu üçün nəsil belə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2623 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Coğrafiyası və iqlimi Kənd Şirvan düzünün şimal-cənub hissəsində yerləşir. Kəndin yaxınlığından Yuxarı Şirvan kanalı keçir. Yayı isti olur, orta temperatur iyul-avqust aylarında 40-43 dərəcəyə yüksəlir. Qışı mülayim keçir. Kəndin əkinə yararlı torpaqları qismən şoranlaşmaya məruz qalmışdır. Kəndin yaxınlığında faydalı qazıntılardan gil mövcuddur. Bakı-Şamaxı-Yevlax avtomobil yolu kəndin ərazisindən keçir.
İqtisadiyyatı Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur. Kənd əhalisinin əsas məşğuliyyəti bağçılıq (nar), taxılçılıq, tərəvəzçilikdir.
Həmçinin bax Göyçay rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Göyçay rayonunun kəndləri