Eçara (əvvəlki rəsmi adı İcarə (2013-cü ilədək)) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindəki İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılmışdır.
Toponimikası Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir.
Tədqiqatçılar bu oykonimi "üzüaşağı yol" (ehtimalən yol hissəsi farsca və talışca "yol" mənasını verən "rah" (talışca "ro") sözünün vasitəsi ilə) mənasında izah edirlər.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 644 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri