Şatırlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.

Toponimikası Şatırlı oyk, sadə. Bərdə r-nunun eyniadlı i.ə.v.-də kənd, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə el arasında Şatır ləqəbi ilə tanınan şəxs və onun övladları salmışlar. Şatır sözü "çörəkbişirən, çörəkçi" kimi izah edilir. Rəvayətə görə isə, həmin şəxsin dizinin kündəsi (oynaq sümüyü) olmadığından ona bu ləqəb verilmişdir. Şatı- rın qəbri hazırda Şatır ocağı adı ilə tanınır və yerli dindar müsəlman əhalisinin sitayiş yerlərindəndir; Burovar silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi qədim dövrlərdə salınmışdır. Bunu kəndin ərazisindən tapılan maddi mədəniyyət abidələri də sübut edir. Tədqiqatçılara görə, kənd qədim türkdilli şatarlşatır tayfasına mənsub ailələrin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır və həmin tayfanın adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1388 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Mədəniyyəti Kənddə Araz Qardaşxanov adına tam orta məktəb fəaliyyət gösdərir.

Coğrafiyası və iqlimi Cəlilabaddan təxminən bura 1 saatliq yoldur təxmini 45–50 km. Mesənin ətəyində yerləşən kənd dağların əhatəsidindədir. Şatırlı 2013-cü ildən inzibati ərazi nümayəndəliyidir. Kənd ərazisindən iki cay keçərək Bulqar cayına tökülür. Meşədə coxlu bulaqlar var (Razbulaq, Çinarbulaq, Damcibulaq, Lehməlibulaq, Doqquzbulaq Canaqbulaq və s). Bu bulaqlar kəndin suya olan ehtiyacını tam ödəyir.

İqtisdadiyət

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri