Şiləvəngə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şiləvəngə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Şiləvəngə oyk., mür. Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi Yardımlı r-nunun Şiləvəngə kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır; Yardımlı r-nunun eyniadlı i.ə.v.-də kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim talış dilindəki şilə (çuxur, çökək) və vəngə (yer) komponentlərindən düzəlib, “çuxur yer” və ya şilə (çubuqla hörülmüş bənd), məkan bildirən yən sözündən və -gə (gah) şək.-sindən ibarət olub, “çubuqla hörülmüş bənd olan yer” kimi izah olunur. Yaşayış məntəqəsi həqiqətən də əkin sahələrini suvarmaq məqsədilə bənd çəkil-miş çökək erazidə yerləşir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1073 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış şəxsləri Faiq Cəfərov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. Azad Şəkərov — Birinci Qarabağ müharibəsi veteranı. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Cəlilabad rayonu Şiləvəngə kəndi

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri