Üçtəpə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Üçtəpə kənd inzibati ərazi dairəsində kənd. 2 məktəb fəaliyyət göstərir

Tarixi 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Təzəkənd kənd inzibati ərazi dairəsinə verilmişdir.

Toponimikası Üçtəpə oyk., sadə. Düzənlikdədir. Yaşayış məntəqəsi keçmişdə alar tayfasının qışlaq yeri olmuş, XIX əsrin axırlarında kəndə çevrilmişdir. Qışlağın adı oradakı iiç təpənin varlığı ilə bağlı yaranmışdır; Göygöl r-nunun Quşqara i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindodir. Kənd yaxınlığındakı Üçtəpə dağının adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2025-ci ilin siyahıyaalınmasına əsasən kənddə 12000 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Yol 31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar–Təzəkənd–Üçtəpə–Əliqasımlı–Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2014-cü il tarixli Sərəncamı president.az

Həmçinin bax Cəlilabad rayonu Əliköməktəpə

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri