Məzmun Film insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir. Rüxsarə(Şəfiqə Məmmədova) ilə oğlu İbrahimin (Firuz Babayev) qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın-Gülxar(Şükufə Yusifova), Xalidə(Xalidə Quliyeva), Səkinə(Dilarə Hüseynova), Zöhrə(Cəmilə Ağayeva) və Sevincin(Rəna Cəfərova) gələcək taleyi çox narahat edir. Rüxsarənin arzusu qızların hər birinə cehiz vermək, necə deyərlər, "ata-baba" qaydası ilə ər evinə yola salmaqdır. İbrahim ailə səadətinin cehizlə, par-par parıldayan mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xatirinə qızlara cehiz pulu qazanmağa çalışır. Bacılar da başa düşürlər ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən...
Festivallar və mükafatlar
1)1977-ci ildə Riqada X Ümumittifaq Kinofestivalı "Məişətdə keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə" rejissor Həsən Seyidbəyliyə münsiflər heyətinin Xüsusi Diplomu verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Həsən Seyidbəyli Quruluşçu rejissor : Həsən Seyidbəyli Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Məmməd Hüseynov, Mayis Ağabəyov Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Akif Nuriyev Rejissor : Elmira Əliyeva Operator : Yuri Varnovski Geyim rəssamı : Tatyana Əmirova Dekor rəssamı : Əli Əliyev Qrim rəssamı : Elbrus Vahidov Montaj edən : Esmira İsmayılova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev Rejissor assistenti : Aydın Mahmudbəyov, C. Şahverdiyev, C. Məmmədov Operator assistenti : V. Romanov, Vaqif Bağırov, İ. Kopanets Redaktor : Əhmədağa Qurbanov Mahnıların mətni : Tələt Əyyubov, S. Mustafazadə Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : D. Ştilman Filmin direktoru : Daniil Yevdayev
Rollarda
Firuz Babayev — İbrahim Şəfiqə Məmmədova- Rüxsarə Xalidə Quliyeva(Xalidə Qasımova kimi)- Xalidə Şükufə Yusupova- Gülxar Dilarə Hüseynova — Səkinə Cəmilə Ağayeva- Zəhra Rəna Cəfərova- Sevinc Nəsibə Zeynalova- Kişvər Zahirə İsmayılova- Zəkiyyə Əli Zeynalov- Zəkiyyənin atası Rasim Balayev- Sənan Tahir Yaxın- Mürsəl Ələsgər Məmmədoğlu- Əlövsət Muxtar Maniyev- Şahlar Mehdi Seyidbəyli- Mehdi Hicran Mehbalıyeva-İbrahimin iş yoldaşı Ofeliya Aslan(Ofeliya Aslanova kimi)-Bağ sahibəsi Məmməd Əlili- Çayçı F. Adıgözəlzadə Ənvər Həsənov- Nuru Mayak Kərimov-İbrahimin iş yoldaşı Gülxar Həsənova-Sənanın anası (titrlərdə yoxdur) Hacıməmməd Qafqazlı-Sənanın atası (titrlərdə yoxdur) Sadıq Həsənzadə-Bağ sahibi (titrlərdə yoxdur) Gündüz Abbasov-Bağ sahibi (titrlərdə yoxdur)
Filmi səsləndirənlər:
Şahmar Ələkbərov-İbrahim (Firuz Babayev) Əliabbas Qədirov — Mürsəl (Tahir Yaxın) (titrlərdə yoxdur)
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34; 383. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 142-143; 180-183. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815. “Xoşbəxtlik qayğıları” filmi "Həsən Seyidbəylinin 100 illiyi" rubrikasında
Xarici keçidlər Filmi izlə
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Həsən Seyidbəylinin filmləri