Məzmun Kinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər.
Film haqqında Film bəstəkar Mobil Babayevin kinoda ilk işidir. Film səs operatoru Marat İsgəndərovun kinoda ilk işidir. Film aktrisa Zərnigar Ağakişiyevanın kinoda ilk işidir. Filmin əsasını yazıçı Maqsud İbrahimbəyovun "Üç qutu səadət" povesti təşkil edir. Əvvəllər bu povest üzrə "Mezozoy Əhvalatı" pyesi yazılmış və Moskvada Malı teatrında tamaşaya qoyulmuş, eyni zamanda fəhlə sinfi haqqında pyeslərin ümumittifaq müsabiqəsində I mükafata layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Rəşid Atamalıbəyov Quruluşçu operator: Aleksandr Panasyuk Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Mobil Babayev Səs operatoru : Marat İsgəndərov Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb) Rejissor: Elmira Əliyeva, Ələsgər Ələkbərov Operator: Vaqif Muradov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Qrim rəssamı: V. Arapov Montaj edən: Aleksandra Kamaqorova, Rəfiqə İbrahimova Redaktor: Nadejda İsmayılova Məsləhətçi: A. Əlizadə (akademik), A. B. Süleymanov (texniki elmlər doktoru) Rejissor assistenti: T. Məmmədov, A. Şahbazov Operator assistenti: Hüseyn Mehdiyev, R. Səfərəliyev Rəssam assistenti: E. Zeynalov, X. Mirzəyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Semyon Qaragedov
Rollarda Tofiq Mirzəyev — Tahirov Məlik Dadaşov — Bədirov Anatoli Tatarov — Zaur Yaşar Nuri — Rauf Amaliya Pənahova — Nərminə Regina Temir-Bulat — Sevda Sadıq Həsənzadə — Sabir dayı M. Abdullayev Cahangir Aslanoğlu — vəzifəli şəxs Zərnigar Ağakişiyeva — satıcı İ. Potapov E. Əliyev-Akif Q. Sitnikova F. Aşirov Q. Sıqankov N. Zeynalov Ramiz Şeyxov Dadaş Kazımov — neftçi
Mənbə Səfəroğlu, Ə. “Mezozoy tarixi” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən eyniadlı film haqqında] //Bakı.- 1975.- 29 iyul. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 269. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220-222.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri