Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi.“Şərikli çörək”in Kadrarxası: “Film təhvil veriləndə Moskvada nəhəng sənətkarlar ağlayırdı”: [rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi haqqında] //Azadlıq.- 2015.- 21 sentyabr.- S.14.

Məzmun Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır.Əlillər üçün sərhədsiz incəsənət: Tiflo və surdo şərhlə “Şərikli çörək” filmi nümayış olunub: [Ramana qəsəbəsindəki Gözdən Əlil Gənclərin Peşə Reablitasiya Mərkəzində] //Mədəniyyət.- 2014.- 5 dekabr.- S.12.

Festivallar və mükafatlar 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir.

Film haqqında Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı. Vaqifin İsmayıl baba ilə bazara gəlməsi, Genanın orada toyuq satması, həmçinin Vaqifin su satan uşaqla davası məhz burada olmuşdu. Filmdəki məscid İçərişəhərin girəcəyindəki məscid idi. 1970-ci ildə digərləri ilə birgə aktyor Fazil Salayevə də Azərbaycan Respublikasının Dövlət Mükafatı veriləcəkdi. Lakin son məqamda ədalətsizcəsinə onun adı siyahıdan çıxarılmışdı.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Alla Axundova Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Vasif Adıgözəlov Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Nadir Zeynalov Rejissor: Xamis Muradov Operator: Şərif Şərifov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: Mirzəbala Məlikov, M. Məmmədov Operator assistenti: Elxan Əliyev, Amin Novruzov Rəssam assistenti: T. Məlikzadə, N. Viçina Qrim rəssamı: T. Devdariani Montaj edən: A. Kolmaqorova, Reyhan Mustafayeva (R. Mustafayeva kimi) Redaktor: İntiqam Qasımzadə, Nataliya Şneyer Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Filmin direktoru: Yusif Yusifzadə Mahnı ifa edən: Oqtay Ağayev Fotoqraf-rəssam : Pərviz Quliyev

Rollarda Kamran Rəcəbli — Vaqif Tuna Namazova — Leyla Firuz Əliyev — Tofiq Xosrov Mamayev — Əşrəf Mirzəağa Mirzəyev — Genka Çingiz Quliyev — Mişka Cəmilə Məmmədova — Cəmilə Adilə Məmmədova — Adilə Yelena İnyakina — Lina Sədayə Mustafayeva — Şamama Fazil Salayev — Məhəmməd“Heç kəs qırçı olmaq istəmir...”: Unudulmaz böyük sənətkar: [mərhum sənətkar Fazil Salayev haqqında] //Azadlıq.- 2012.-1 iyun.- S.14. Ağahüseyn Cavadov — İsmayıl baba Əliheydər Həsənzadə — Novruz Sofa Bəsirzadə — Roza Əminə Yusifqızı — Südabə Hüseynağa Sadıqov -Paşa Əhməd Əhmədov — alverçi Mixail Lezgişvili - elektrik qatarındakı zabit Yevgeniya Ustinoviç - Tanya Qalina Koltunova - həkim Aleksey Lejnyov (A. Lejnyov kimi) Əbdül Mahmudov — bazardakı alıcı Yusif Yulduz — məhəllə sakini Azad Dadaşov — məhəllə sakini Süsən Məcidova (Susanna Məcidova kimi) — məhəllə sakini Hacıməmməd Qafqazlı (H.A. Qafqazlı kimi) - məsciddəki axund Törəxanım Zeynalova — Sona nənə Artur Osipov Yuliya Maşina (Y. Maşina kimi) İlham Məmmədov - bazardakı uşaq Sona İbrahimova Fərhad İsrafilov — Fərhad Eldar Həsənov Dadaş Kazımov — qırçı Oqtay Ağayev Vladimir Basov — alman əsir (titrlərdə yoxdur) Əhməd Mahmudoğlu (Ə. Mahmudoğlu kimi) - çörək satan

Davud Qədimov - "fokusçu"

Zirəddin Tağıyev - bazardakı alverçi

Bikəxanım Rzazadə - məhəllə sakini

Şamil Mahmudbəyov (rejissor) - çörəyi götürən əl

Sevil Rəsulova - məhəllə sakini

Filmi səsləndirənlər Pərviz Bağırov (aktyor) - Genka (Mirzəağa Mirzəyev)(titrlərdə yoxdur)

Ofeliya Sənani - Şamama (Sədayə Mustafayeva)(titrlərdə yoxdur)

Eldəniz Zeynalov - Məhəmməd (Fazil Salayev(rus versiyasında))(titrlərdə yoxdur)

Məlik Dadaşov - Paşa Balayeviç (Hüseynağa Sadıqov (aktyor)(rus versiyasında))(titrlərdə yoxdur) Şahmar Ələkbərov — elektrik qatarındakı zabit (Mixail Lezgişvili)(titrlərdə yoxdur) Yusif Vəliyev — çörək satan (Əhməd Mahmudoğlu) (titrlərdə yoxdur) Hökümə Qasımova — Mariya İvanovna;qonşu (titrlərdə yoxdur) Əliağa Ağayev - "fokusçu" (Davud Qədimov)(titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - çörək dükanındakı adam (titrlərdə yoxdur) Bahadur Əliyev - Məhəmmədin tanışı (titrlərdə yoxdur) Rafiq Əzimov - bazardakı əsgər (titrlərdə yoxdur) Nəsibə Zeynalova - məhəllə sakini (titrlərdə yoxdur)

İstinadlar

Mənbə "Ədəbiyyat və incəsənət" qəzeti, 1 may 1971-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32; 257. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 160-162. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçid Filmi izlə Filmin posteri

Kateqoriya:1969-cu ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Şamil Mahmudbəyovun filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:SSRİ-nin uşaq filmləri Kateqoriya:Azərbaycanca filmlər