Xəlilov Alqayıt Bayram oğlu () — Azərbaycanlı aşıq, el şairi.

Həyatı Aşıq Alqayıt 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirmişdir.Araz Yaquboğlu. Daşkənd aşıqları və şairləri. Bakı: "Nurlan", 2008

1967-ci ildən 1972-ci ilə qədər Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979-cu ildən Göygöl rayonunda məskunlaşmış, Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşamışdır və özünəməxsus yaradıcılığını davam etdirmişdir.

Aşıq Alqayıt 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat etmişdir.

Yaradıcılığı Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi" (1998) kitabında Alqayıtın həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir (səh.209–213).

Alqayıtın həyatı və yaradıcılığı haqqında 2007-ci ildə Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında da ətraflı məlumat verilmişdir (səh.116–124).

Əsərləri Qalx ayağa Azərbaycan (2000). Yaralı qartal. Bakı: "Hərbi nəşriyyat", 2006. Seyid Bayram ocağı (2007). Analı dünyam. Bakı: "Hərbi nəşriyyat", 2011. Gəlməliydi, gəldi də! Bakı: Zərdabi Nəşr, 2024.

İstinadlar

Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Göyçə şairləri Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər