Bəyin oğurlanması — Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə çəkilmiş Azərbaycan filmi.Məşhur filmlərdən məşhur sitatlar: ["Bəyin oğurlanması" filmi Vaqif Mustafayev və Ceyhun Mirzəyevin quruluşunda] //Üç nöqtə.- 2015.- 29 iyul.- S.13. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov ifa edirlər.
Məzmun Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.129.
Rollarda Həsənağa Turabov — Əsəd Səyavuş Aslan — Mustafa Hacı İsmayılov — Tağı Nəsibə Zeynalova -Nəsibə xala Yaşar Nuri — İsrafil Natəvan Məmmədova — Yasəmən Tamara Şakirova — Nigar Şamil Süleymanov — Həsən Vidadi Həsənov — Musa Firəngiz Mütəllimova — Telli Rəsmi Cəbrayılov — Əhməd Mirzə Babayev — Amanoğlu Gümrah Rəhimov — Brodyaqa Arif Quliyev — Miriş Səməndər Rzayev — sovxoz müdiri Hidayət müəllim Nəcibə Behbudova — Bibixanım Füzuli Hüseynov — Elxan Əsgər Məmmədoğlu — pirotexnik Ələsgər Lətifə Əliyeva — Həsənin anası Nəcibə Hüseynova — Sinoptik Ramiz Əzizbəyli — İsabala Mənsur Məmmədov — Hidayət müəllimin şoferi Karen Avanesyan — bərbər Aşot Filmi səsləndirənlər Kamal Xudaverdiyev — Musa (Vidadi Həsənov) (titrlərdə yoxdur) Rasim Balayev — Elxan (Füzuli Hüseynov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Həsən (Şamil Süleymanov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Həsənin anası (Lətifə Əliyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov — Əhməd (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Rəqqasə (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — Sinoptik (Nəcibə Hüseynova) (titrlərdə yoxdur) Mirvari Novruzova — Bibixanım (Nəcibə Behbudova) (titrlərdə yoxdur)
Filmdə səslənən "Ümidlərə toxunma" şərqisini Cəfər Behbudov ifa edib.
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 296. "Bəyin oğurlanması", yaxud hər üç rejissorun seçdiyi Tamara Şakirova "Bəyin oğurlanması"nın "Kadrarxası": "O şillə davaya səbəb oldu" KADRARXASI | `Vidadi Həsənovla öpüş səhnəm çəkiləndə…` "Bəyin oğurlanması"nda biz hamımız varıq "Bəyin oğurlanması"nda aktyorlar dalaşıb: Aktyor Hacı İsmayılov filmin kadrarxası məqamlarından danışır //Azadlıq.- 2015.- 12 yanvar.- S.14
Xarici keçidlər
Filmi izlə Filmin musiqiləri "Bəyin oğurlanması" haqqında maraqlı faktlar
Kateqoriya:1985-ci ilin Azərbaycan filmləri Kateqoriya:Ceyhun Mirzəyevin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər