Elşad Saday oğlu Əhədov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur. 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir.
Döyüşlərdə iştirakı Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə o, mərdliklə həlak olur.
Ailəsi Ailəli idi.İki uşağı yadigar qalıb.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Təzə Alvadı kəndində dəfn edilmişdir.
Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.
İstinadlar
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 66.
Xarici keçidlər Əhədov Elşad Elşad Əhədov
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları