Ələsgərli (1990-cı ilədək Badakənd) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Ələsgərli kənd inzibati ərazi dairəsində kənd. 300px|thumb|right|1 yanvar 1903 Yelizavetpol qəzası, Badakənd kəndi

Zəyəm çayının sahilində, Kiçik Qafqaz silsiləsinin ətəyindədir. Keçmış adı Badakənd ("samanlıqda olan kənd") olmuşdur. 1990-cı ildə kəndin adı Aşıq Ələsgərin Şərəfinə Ələsgərli adlandırılmışdır. Memorial toponimdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Tarixi Əvvəlki adı Badakənd olan bu kənd Badaçayın (Zəyəmin qolu) sahilində, Kiçik Qafqazın ətəyindədir. Oykonim bada və kənd sözlərindən düzəlib, "su arxının kənarında; çay kənarında olan kənd" deməkdir. Bəzi ədəbiyyatlarda səhv olaraq Badəkənd variantında verilmişdır. 1920-ci ilədək Zəngəzur mahalında Badabar adlı yaşayış məntəqəsi olmuşdur. Qaraqalpaq Respublikasında Amudərya çayının sahilində Sultanuizdaq silsiləsinin ətəyində Badaytuqay adlı qoruğun olduğu da məlumdur.

Əhalisi Kəndin əhalisi 816 nəfər təşkil edir ki, onun da 486 nəfəri kişi, 330 nəfəri isə qadındır.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun kəndləri