Vəzir İsa oğlu Sədiyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur.

Döyüşlərdə iştirakı Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu.Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 259.

Ailəsi Ailəli idi, bir övladı qalıb.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Borçalıda doğulanlar Kateqoriya:Ağdərədə vəfat edənlər Kateqoriya:SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər