Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır.

Ümumi məlumat İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.

Tamaşalar haqqında thumb|left|1912-ci ildə teatr. thumb|left|Gecə ərzində teatr. Azərbaycan Dövlət Kukla Teatrının Azərbaycan dili və rus dili bölmələri var. İlk dövrlərdə teatrda Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının pyesləri (sadələşdirilmiş şəkildə), Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında tərbiyəvi əhəmiyyətli əsərlər tamaşaya qoyulmuşdur: "Hacı Qara" (M. F. Axundov), "Zorən təbib" (J. B. Molyer), "Almas" (C. Cabbarlı), "Böyük İvan" (S. V. Obraztsov), "İsgəndər və Çoban (tamaşa)", "Cırtdan", "Nərgiz" (M. Seyidzadə) və s.

60-cı illərdən teatr repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə uyğun qurur. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. "Üç nağıl" (Abdulla Şaiq), "Göyçək fatma" (M. Dilbazi), "Artıq tamah baş yarar" (Ə. Səmədov), "Keçinin qisası" (Ə. Abbasov), "Əkiz qardaşlar" (H. Ziya), "Bu kimin evidir?" (R. Heydər), "Meşə nağıl" (T. Mütəllibov), "Balaca qızcığaz Tino" (L. Babinskaya), "Gözəl Vasilisa" (Y. Z. Çernyak), "Qaravəlli" (Anar), "Üç gombul" (Y. Oleşa), "Pəri cadu" (Ə. Haqverdiyev), "Qarınqulu Zürafə" (Y. Torbai), "Qar qız" (A. A. Ostrovski) və s. teatrın ən yaxşı tamaşalarındandır.

Həmçinin bax Azərbaycan teatrlarının siyahısı Fenomen sinematoqrafının binası Gəncə Dövlət Kukla Teatrı Qax Dövlət Kukla Teatrı Kukla Teatrı Kukla (teatr) Mənbə

Xarici keçidlər

Azərbaycan Dövlət Kukla Teatrının rəsmi saytı Teatr haqqında əlavə məlumatlar Kukla Teatrında "Melodiya" Səda — "Melodiya" adlı səssiz tamaşanın premyerası keçirilib (28.04.2016) Kukla Teatrı Yunanıstanda Azərbaycan mədəniyyəti həftəsində iştirak edib

Qurban Məsimov və Rəhim Rəhimov "Günə doğru"da … 86 illik teatr, "Turpun nağılı", nəhəng kuklalar… Kukla Teatrının drondan çəkilişi.

Kateqoriya:Bakı teatrları Kateqoriya:Azərbaycan kukla teatrları Kateqoriya:1910-cu ildə yarananlar Kateqoriya:1931-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1910-cu ildə tikilmiş teatrlar Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Bakının keçmiş kinoteatrları Kateqoriya:1910-cu illərdə tamamlanmış kinoteatrlar Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakıdakı binalar və tikililər