Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir.

Tarixi Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir.

2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı. 30 iyun 2014-cü ildə agentlik, Airbus ilə əməkdaşlıq edərək Azersky müşahidə peykini buraxdı.

Layihələr Azerspace-1 (Azərkosmos ilə birlikdə) Azersky Azerspace-2 (Azərkosmos ilə birlikdə)

Təşkilatlar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu Ekologiya İnstitutu Kosmik Cihazqayırma Təcrübi Zavodu Cihazqayırma Xüsusi Dizayn Bürosu Xüsusi Dizayn-Texnoloji Bürosu (Lənkəran şəhərində)

İstinadlar

Kateqoriya:Kosmik agentliklər Kateqoriya:1974-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:1992-ci ildə yaradılmış dövlət orqanları Kateqoriya:Azərbaycanın elmi təşkilatları Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1974-cü ildə yaradılmış elmi-tədqiqat institutları Kateqoriya:Azərbaycanın elmi-tədqiqat institutları