Yuri Mixayloviç Lujkov (; ) — Rusiya siyasətçisi, Moskvanın 2-ci meri.

Həyatı Yuri Lujkov 1936-cı il sentyabrın 21-də Moskvada anadan olub. 1953-cü ildə məktəbi bitirəndən sonra Qubkin adına neft və qaz universitetində təhsil alıb.

1991-ci ilin iyulunda Moskvanın vitse-meri, 1992-ci ildə isə merı seçilib. 2010-cu ilin sentyabrında Rusiyanın NTV kanalında 2 sənədli film nümayiş etdirilib. Bu filmlərdə Lujkova qarşı ciddi ittihamlar irəli sürülmüşdür. 2010-cu il sentyabrın 28-də o vaxt Çində olan Rusiyanın prezidenti Dmitri Medvedyev müsahibəsində Lujkovu vəzifədən azad etdiyini bildirmişdir.

Ailəsi Birinci həyat yoldaşı (1958-dən) Marina Başilovadan iki oğlu var — Mixail və Aleksandr. Marina 1989-cu ildə vəfat edib. 1991-ci ildə Yuri Marina Baturina ilə evlənib. Baturinadan iki qızı var — Yelena və Olqa.

İstinadlar

Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:SSRİ kimyaçıları Kateqoriya:Rusiya pravoslavları Kateqoriya:Arıçılar Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvləri Kateqoriya:Rusiya ixtiraçıları