Əyyub Zakir oğlu Kərimov () — azərbaycanlı yazıçı, jurnalist, hüquqşünas.
Həyatı Kərimov Əyyub Zakir oğlu 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. O, 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil almış, 1992-ci ildən etibarən "Femida" qəzetinin təsisçisi və baş redaktoru olmmuşdur.
Əyyub Kərimov uzun illər peşəkar hüquqşünaslıq fəaliyyəti ilə məşğul olmuşdur. O, daha çox mülki işlərdə vəkil kimi iştirak edib. Əyyub Kərimov Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət Mətbuat Şurasında hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.
Əyub Kərimov 2 mart 2018-ci il tarixində öz mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan hüquqşünasları