Sosialist Əməyi Qəhrəmanı — 1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad.

Mükafatın tarixçəsi Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı fəxri adı mövcud idi.

SSRİ-nin mövcudluğu dövrdə ümumilikdə 20 747 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 44 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır.

Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.

Həmçinin bax İkiqat Sosialist Əməyi Qəhrəmanı Üçqat Sosialist Əməyi Qəhrəmanı

İstinadlar

Kateqoriya:1938-ci ildə yarananlar Kateqoriya:Milli Qəhrəmanlar Kateqoriya:SSRİ tarixi