Malpiqi Marçello (, ) — italyan bioloq və həkimi. Bitkilərin və heyvanların mikroskopik anatomiyasının əsasını qoymuş, histologiya, embriologiya və müqayisəli anatomiya sahələri üzrə tədqiqatçı, London Kral Cəmiyyətinin 1668-ci ildən üzvü.
Akademik karyerası 17 yaşında Boloniya universitetinə daxil olur və 1653-cü ildə onu tibb doktoru dərəcəsi ilə bitirir. 1656-cı ildən həmin universitetin professoru olmuşdur. Sonra Pizan universitetinin nəzəri təbabət kafedrasının professoru olur.
1691-ci ildə Roma papası XII İnnokenti Malpiqini müalicə həkimi qismində və təbabətdən dərs demək üçün Romaya Papa kollecinə dəvət olunur.
Tədqiqatları Əsərlərinin əksəriyyəti London Kral Cəmiyyətinin jurnalında dərc olunmuşdur. 1661-ci ildə ilk məqaləsi dərc olunur.
1667-ci ildə London Kral Cəmiyyətinin jurnalının redaktoru onunla mütəmadi yazışmağı təklif edir. Bir ildən sonra London Kral Cəmiyyətinin üzvü olur.
O, mikroskopun köməyi ilə ağciyər kapillyarlarını müşahidə edərək, Uilyam Harveyin izahını verə bilmədiyi vena və arteriya arasındakı əlaqənin, dalağın limfa düyünlərininin, qan cisimciklərinin, dilin dad məməciklərinin qurluşunun təsvirini vermişdir Cücənin inkişaf mərhələlərini mikroskop altında öyrənmişdir.
Malpiqi 1694-cü il 30 noyabrda insultdan vəfat etmişdir.
Elmi əsərləri thumb|Marcello Malpighi, Opera omnia thumb|Opere, 1687
De Pulmonibus, 1661 Epistolae Anatomicae de Cerebro ac Lingua, 1665 De Externo Tactus Organo, 1665 De viscerum structura exercitatio anatomica, 1666 De polypo cordis, 1666 Dissertatio epistolica de bombyce, 1669 Anatomia Plantarum, 1671 De Formatione Pulli in Ovo, 1673 De ovo incubato, 1675 De Structura Glandularum Conglobatarum, 1689
İstinadlar
Xarici keçidlər Malpiqinin bioqrafizası, Britanik ensiklopediyası (ing.) "Opera omnia" botanicus.org saytı Malpiqi Kateqoriya:Tibb tarixi