Yeddi — 6-dan sonra, 8-dən əvvəl gələn natural ədəd və rəqəm.

Riyaziyyatda Tək ədəddir. Dördüncü sadə ədəddir (2, 3 və 5-dən sonra). İkinci Mersen sadə ədədidir: . Həndəsədə tərəflərinin sayı yeddi olan çoxbucaqlı yeddibucaqlı (heptaqon) adlanır. Düzgün yeddibucaqlı klassik xətkeş və pərgar vasitəsilə qurula bilməyən ən kiçik tərəfli düzgün çoxbucaqlıdır.

Təbiətdə və elmdə İşığın dispersiyası zamanı optik spektr 7 əsas rəngə ayrılır: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Beynəlxalq Vahidlər Sistemində (SI) 7 əsas baza ölçü vahidi qəbul edilmişdir: saniyə, metr, kiloqram, amper, kelvin, mol və kandela. Kimyəvi elementlərin dövri cədvəlində 7 dövr mövcuddur. Azotun atom nömrəsi 7-dir. Böyük Ayı bürcünün ən parlaq ulduzları səmada 7 ulduzdan ibarət xarakterik çömçə fiqurunu yaradır.

Mədəniyyət və inanclarda Yeddi sayı qədim dövrlərdən etibarən bir çox sivilizasiyaların mifologiyasında, folklorunda və dini dünyagörüşündə sakral (müqəddəs) rəmz hesab olunmuşdur.

Qədim dünyada və mifologiyada Qədim Şumer və Babil mədəniyyətində 7 sayı adi gözlə görünən səma cisimləri (Saturn, Yupiter, Mars, Günəş, Venera, Merkuri və Ay) ilə əlaqələndirilmiş, yeddi pilləli zikkuratlar ucaldılmış və həftənin yeddi günə bölünməsinin əsası qoyulmuşdur. Antik dövrdə qədim yunan müəllifləri tərəfindən Aralıq dənizi hövzəsinin ən möhtəşəm memarlıq abidələrini ehtiva edən "Dünyanın yeddi möcüzəsi" siyahısı tərtib edilmişdir. Şərq ədəbiyyatında Nizami Gəncəvi ("Yeddi gözəl"), Əlişir Nəvai ("Yeddi səyyarə") və Əbdürrəhman Caminin əsərlərində bu simvolika bədii süjetin mərkəzində dayanır. Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" tarixi romanında qədim qəbilələrin Böyük Ayı bürcünün 7 ulduzuna inancı və yeddi daş, yeddi ağsaqqal, yeddi nar kimi etnoqrafik rituallar təsvir olunmuşdur.

Azərbaycan folklorunda və məişətində Xalq mərasimlərində və folklor nəğmələrində ailə quran gənclərə "yeddi oğul istərəm, bircə dənə qız gəlin" alqışı söylənilir. Yas mərasimlərində vəfat edənin xatirəsi dəfndən bir həftə sonra "yeddi" mərasimi ilə yad edilir. Novruz bayramı ərəfəsində "yeddisin süfrəsi" (adı "s" hərfi ilə başlayan 7 növ nemət) təşkil olunması ənənəsi mövcuddur.

Səmavi dinlərdə İudaizm və Xristianlıqda: "Tövrat"da dünyanın yeddi günə xəlq edilməsi və yeddinci günün istirahət günü (şabbat) elan olunması bildirilir. "İncil"in "Vəhy" kitabında isə yeddi kilsə, yeddi qızıl çıraq və yeddi möhür kimi simvollardan bəhs edilir. İslamda: Qurani-Kərimdə yeddi qat səma anlayışı və həcc ziyarətində Kəbənin ətrafında yeddi dəfə dövrə vurulması (təvaf) əsas ayinlərdəndir: "Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur!"Bəqərə surəsi, 29-cu ayə (Z. Bünyadov və V. Məmmədəliyev tərcüməsi). "Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi..."Haqqə surəsi, 7-ci ayə. "Yusif surəsi"ndə Fironun yuxusunda gördüyü yeddi kök və yeddi arıq inək, eləcə də yeddi yaşıl və quru sünbülün yozumu təsvir olunur.Yusif surəsi, 43–48-ci ayələr.

Həmçinin bax 7 Dünyanın yeddi möcüzəsi

İstinadlar

Kateqoriya:Natural ədədlər Kateqoriya:Rəqəmlər Kateqoriya:Sadə ədədlər