() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür. Meyvələri oturaq, şarvari və ya enli boruvari, tükcüklü, dördhissəli, 10-15 mm uzunluqda və 13-30 mm enindədir.
Ekologiyası Abşeronun torpaq-iqlim şəraitinə - istiyə, soyuğadavamlı, rütubətə tələbkar ağacdır. Yerüstü hissəsi şaxtadan məhv olarsa, yazda pöhrələr vasitəsi ilə bərpa olur.
Azərbaycanda yayılması Quru-subtropik zonalarda, o cümlədən Lənkəranda becərilir, park və bağlarda yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi Nektarlı bitkidir. Yaşıllaşdırmada istifadə üçün əlverişlidir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avstraliya florası Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Tasmaniya florası Kateqoriya:Viktoriya (ştat) florası