() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Botaniki xarakteristikası Hündürlüyü 18 (20) m-ə qədər və diametri 60-80 (100) sm olan ağac və ya böyük koldur.Qabığı boz çalarlı qırmızı-qonur rəngdə olub,hamar və ya lövhəşəkillidir. Yarpaqları xətvari, yastı, uzunluğu 2-4 sm, eni 1,8-2 mm-dir, üst tərəfdən tünd-yaşıl,parlaq, alt tərəfdən solğun rəngli, tutqun, kənarları az qatlanmış formadadır. Dişicikli qoza təkdir, əsasında bir neçə cüt pulcuqşəkilli yarpaqlarla əhatə olunmuşdur. Meyvələri qırmızı rəngli və şarşəkillidir,yuxarı hissədə açıqdır. Toxum ətrafında iki örtük vardır; daxili örtük oduncaqlaşan və xarici örtük isə ətli, parlaq tünd-qırmızı rənglidir, (yalançı giləmeyvə) şirəlidir və şirin dadı vardır. Mart ayında çiçəkləyir, mart-aprel aylarında meyvə verir.

Azərbaycanda yayılması BQ qərb, BQ şərq, BQ (Quba), KQ şimal, KQ mərkəzi, KQ cənub, (Şuşa) Lənk. dağ. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər (d.s.y.1900 m).

Yaşayış mühiti Qaranlıq meşələrdə qarışıq formada rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Dekorativ bitkidir.Yarpaqlarından xalq təbabətində dərman kimi istifadə edilir. Oduncağı bir çox məmulatların (xarrat, çilingər, mebel və s.) hazırlanması üçün yüksək qiymətləndirilir.

Sinonimləri Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Asiya florası