Erməni tarixşünaslığında revizionist nəzəriyyə

Xristian dinini qəbul etməsi mifi thumb|180px|right|Qafqaz Albaniyasında I əsrdə xristianlığı yaymış və Şəki yaxınlığında şəhid edilmiş həvari Müqəddəs Yelisey. Terenti Fomin tərəfindən 1645-ci ildə çəkilmiş ikona. thumb|180px|right|IV əsrdə Ermənistanda xristianlığı yaymış Müqəddəs Qriqori. İ. K. Ayvazovskinin əsəri Erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdirCheetham Samuel. A History of the Christian Church During the First Six Centuries, Macmillan and Co. (1905), p. 58., onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olmuşdur, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirmişdirLockyer Herbert. All the Apostles of the Bible, Zondervan (1988), p. 260. (bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoymuş IX Abqar etmişdir)Adshead Samuel, Adrian Miles. China in World History, Macmillan (2000), p. 27..

Alman tarixçi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: "… şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdı və (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir"Adolph von Harnack. The Expansion of Christianity in the First Three Centuries, Williams & Norgate (1905), p. 293.. İrfan Şahid VIII Abqarın Ön Şərqdə xristianlığı qəbul etmiş dövlətin birinci hökmdarı olmasını yazırdıShahîd Irfan. Rome and the Arabs: А Prolegomenon to the Study of Byzantium and the Arabs, Dumbarton Oaks Trustees for Harvard University (1984), p. 96..

Maraqlıdır ki, Ermənistanın 301-ci ildə xristian dinini qəbul etməsi faktı erməni tarixçilərinin özlərinin arasında da mübahisəyə səbəb olur. Sirarpi Ter-Nersesyan yazır: "Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə bu, 314-cü ildən tez olmamışdır"Сирарпи Тер-Нерсесян. Армения. Москва, 2008, стр.84..

Bəs bütün bu faktlardan sonra ermənilər dünyada necə ilk xristian milləti olur? Maraqlıdır ki, uydurmaları ilə tarixi faktları təkzib edən ermənilər Edessa dövləti tərəfindən xristianlığın birinci olaraq qəbul edilməsinin əhəmiyyətini azaltmağa çalışaraq aşkar təhriflərə yol verirlər: bəzi irəvanlı tarixçilər iddia edirlər ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, "sayılmır", çünki guya həmin dövrdə Osroyena müstəqil, hələ (bəlkə də) öz dövlətçiliyi olmamışdır. Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edirlər, lakin bir məsələ barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl və qısa müddətə Tiqran tərəfindən fəth edilmiş, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiyyətini hər vasitə ilə azaltmağa çalışırlar. Onlar iddia edirlər ki, xristianlığın qəbul edilməsi V Abqarın (VIII Manunun) İsa Məsih ilə yazışması barədə apokrif rəvayətlə bağlı olmuşdur. Edessa çarının kiminlə yazışmasından və şəxsən onun xristianlığı qəbul etməsinin həqiqi səbəblərindən asılı olmayaraq, fakt faktlığında qalır – bu gün qonşu ölkənin yalançı təbliğatı nə qədər cəhd göstərsə də, xristianlıq ermənilərdən bir əsrdən çox əvvəl məhz Osroyenada rəsmi din olmuşdur.Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, GORUS – 2010: ABSURD TEATRI MÖVSÜMÜ

Strabon ermənilər haqqında Strabon ermənilərin özgə torpaqlarını ələ keçirmək meylini hələ o vaxt görmüş və öz kitabında yazmışdır: "Əvvəllər kiçik bir ölkə olmuş Ermənistan Artaksiya və Zariadriya müharibələri nəticəsində böyümüşdür. Onlar əvvəlcə Böyük Antioxun sərkərdələri olmuş, o məğlub olandan sonra isə çar olmuşdular (bunlardan birincisi Sofena, Akisena, Odomantida və bəzi başqa vilayətlərin çarı, sonuncusu isə Artaksata ətrafındakı ölkənin çarı olmuşdur); onlar ətrafdakı xalqların vilayətlərinin bir hissəsini qopararaq öz ərazilərini birlikdə genişləndirmişlər; onlar midiyalılardan Kaspiana, Favnitida və Basoropedanı, iberlərdən dağətəyi Pariadra, Xorzen və Kür çayının o tayında yerləşən Qoqarenanı; həliblərdən və mosineklərdən Karenitida və Kiçik Ermənistanla həmsərhəd və onun bir hissəsi olan Kserksenanı; kataonlardan Akilisenanı və Antitavr ətrafındakı vilayəti və nəhayət, suriyalılardan Taronitidanı qoparmışdılar"Страбон. География, XI, XIV, 5..

Bundan əlavə, Strabon xüsusi qeyd edirdi ki, ermənilər işğal etdikləri ərazilərdə istila olunmuş xalqları assimilyasiya etməyə çalışırdılar: "Buna görə indi həmin xalqların hamısı bir dildə danışırlar".

Ermənistan müstəqil dövlət kimi çox qısa müddət mövcud olmuşdur. Tarixdən məlumdur ki, bizim eranın əvvəlində iyirmi ildən bir qədər artıq müddətdə müstəqil dövlət kimi mövcud olduqdan sonra Ermənistan müstəqilliyini itirərək Roma-Parfiya ərazisinə çevrilmişdir, çünki 63-cü ildən sonra Roma ilə Parfiya arasında müqaviləyə əsasən Ermənistanın ikiqat müstəqilliyi müəyyən edilmişdirМеликишвили Г.А. К истории древней Грузии. Тбилиси, 1959, стр.344. . Bütün sonrakı əsrlərdə, ta 1918-ci ilə qədər o, digər dövlətlərdən – İran, Roma, Türkiyə (Osmanlı), Rusiya imperiyalarından ya vassal kimi, ya da tam asılı olmuşdur.

Strabon Arsaxın bu etnik tərkibi və xüsusən onun əhalisinin avtoxton, yoxsa gəlmə olması barədə bir kəlmə də yazmır! Lakin çoxsaylı başqa mənbələrdə və başqa müəlliflərin əsərlərində Arsaxın məhz alban əhalisindən bəhs edilir. Strabon elə həmin kitabın 11-ci bölməsində qeyd edir ki, Kir (Kür) çayı Albaniya ərazisindən axırdıСтрабон. География, XI, IV, 1..

Azərbaycan xalqı və erməni tarixçilərinin fantaziyası

Erməni tarixçiləri bildirirlər ki, guya Azərbaycanın və bir millət kimi azərbaycanlıların yaranmasından bir əsrdən az vaxt keçmişdir və XX əsrin əvvəlinə qədər bu ərazidə olub-keçənlərin onlara heç bir aidiyyəti yoxdur. Görünür, bu cür sərsəm bəyanatların müəllifləri adi bir məsələ üzərində fikirləşməmişlər: bürokratik direktiv-məmur etnogenezi ilə adi insan biologiyası arasında nə əlaqə var? Əgər çoxəsrlik tarixə malik olan bir xalqın adını dəyişməyi qərara almış partiya rəhbərinin öz kabinetində bircə dəfə "qələm çalması" əsasında millət yaradıla bilərsə, bu o deməkdirmi ki, "yeni yaradılmış" xalqın ilk nümayəndələrinin nə ataları, nə babaları, nə də ulu babaları olmuşdur və onlar hamısı sınaq şüşəsində klonlaşdırılmışdır?

Bu gün Azərbaycanda keçən əsrin 30-cu illərində doğulmuş yaşlı nəsil yaşayır. Bu nəslin nümayəndələrinin çoxunun valideynləri hələ sağdır. Onlar Azərbaycan türklərinin adlarının dəyişdirilərək azərbaycanlılar adlandırılması barədə qərar qəbul ediləndən əvvəl dünyaya gəlmişlər. Erməni "intellektualları"nın məntiqinə görə belə çıxır ki, bu iki nəsil etnik baxımdan müxtəlif millətlərə aiddir, çünki görün ha, yaşlılar azərbaycanlı hesab edilmək üçün kifayət qədər gənc deyil, onların 30-cu illərdə doğulmuş uşaqları isə özlərinin "bioloji" əcdadlarının minillik irsi ilə mənəvi və mədəni-tarixi əlaqəyə layiq görülmək üçün kifayət qədər qoca deyillər? Belə çıxır ki, bir xalqa yeni ad verilən gündən həmin xalqın çoxəsrlik tarixi dayanır və "sahibsiz" olur, başqa bir xalqın tarixi başlanır, üstəlik, nəinki atalar və oğulların iki "sərhəd" nəsli arasında əlaqə, hətta indi artıq "müxtəlif" sayılan millətlər arasında əlaqə də qırılır.

Hələ orta əsrlərin ərəb müəllifləri Qafqaz Albaniyasının ərazisini çox vaxt "Azərbaycan", "Yuxarı Azərbaycan" adlandırırdılar. Məsələn, Əl-Kufi Azərbaycan hökmdarının Şəkidə olmasından bəhs edərək yazır ki, xəlifə əl-Cərraha "Azərbaycanda dayanmağı" əmr etmiş, "Azərbaycan vilayətindəki əl-Baba (Dərbəndə) çatmış", "Azərbaycan ölkəsinə yola düşmüş və Baylakanda düşərgə salmış…", "Azərbaycan ölkəsinə yola düşmüş və Bərdədə dayanmışdır"Велиханова Н.М. Изменение исторической географии Азербайджана в результате арабского завоевания. Историческая география Азербайджана. Баку, 1987, с. 53, 58..

1864-cü ildə İngiltərənin Təbrizdəki konsulu Keyt Abbot Kral Coğrafiya Cəmiyyəti üçün memorandumda yazırdı: "Farsların Azərbaycan kimi tanıdığı ölkə onlarla [İran ilə] Rusiya arasında bölünmüşdür. [Azərbaycanın] ərazisi təqribən 80.000 kvadrat mil və ya Böyük Britaniyanın sahəsi qədərdir. Bu ərazinin 5/8 hissəsi Rusiyaya məxsusdur; beləliklə, 50.000 kvadrat mili Rusiyaya və 30.000 kvadrat mili İrana məxsusdur. [Azərbaycanın] Rusiya hissəsi şimaldan və şimalşərqdən Xəzər sahilində Bakı ətrafına qədər uzanıb gedən Qafqaz dağları ilə həmsərhəddir. Qərbdə ona hazırda Rusiyaya məxsus olan İmeretiya, Minqreliya, Quriya və Axıska əyalətləri; şərqdə Xəzər dənizi, cənubda isə sərhəd Muğan düzündən Talış mahalına qədər Arass (Araz) və kiçik Astura (Astara) çayı ilə qeyd edilmişdir. Bu vilayətə aşağıdakı ərazilər daxildir: Kaxetiya, Kartli, Somexeti və Qazaxdan ibarət olan Qruziya və ya Gürcüstan; müsəlman vilayətləri İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Şirvan, Şəki, Şamaxı, Bakı, Quba, Salyan və Talışın bir hissəsi"

Hay dili bir xalqın dili deyildir Linqvistikada qəbul edilmiş qaydaya əsasən, hay dili yüz seçim əlamətinə görə 11 qrupa və 44 dialektə bölünürДжаикян Г.Б. Общее и армянское языкознание. Ереван, 1978 г. Dilçi mütəxəssislərin fikrincə, xalqın bu qədər çoxsaylı dil və dialekt şaxələrinin olması bunu deməyə əsas verir ki, hay dili bir xalqın dili deyildir. Bu, Ermənistan ərazisində qədim məzarlıqlarda tapılmış kəllələrlə də təsdiqlənir. Həmin kəllələrin baş göstəriciləri müasir ermənilərin baş göstəricilərindən kəskin fərqlənirРогтнский Я.Я., Левин М.Г. Антропология, М., 1963, стр. 390.

Ermənilərin 16 antropoloji tipə bölünməsi tədqiqatçıları heyrətləndirir. Bir xalqın bu qədər antropoloji fərqləri ola bilməz. Belə çıxır ki, haylar və ermənilər arasında əlaqə məsələsini cəsarətlə şübhə altına almaq olar.

Cənubi Qafqaz xalqları və ermənilər

Başqa bir məsələ barədə də fikirləşmək pis olmazdı. Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış antropoloji tədqiqatlara əsasən deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə qədər) Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir və yalnız Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə (kəllə qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər.

Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edirЭтническая одонтология СССР. Москва, 1979, стр.135.

"Arsax" toponimi də "erməni" toponimi olmuş və əlüstü "Vararakn" adlı "erməni məskəni" uydurulmuşdur. Heç bir mənbədə "Vararakn" deyilən məskən adı çəkilmir. Əlbəttə, əgər ermənilərin tarixi saxtalaşdırmaq laboratoriyalarında belə bir şey uydurmağa və əsası Qarabağ xanları tərəfindən qoyulmuş Xankəndinin yerləşdiyi əraziyə bağlamağa hələ macal tapmayıblarsa.