Fərhad arxı — Sədərək rayonunun Sədərək qalasının yerləşdiyi dağın şərq, cənub və qərb ətəyi boyunca uzanan arxeoloji abidə.

Başlanğıcını Qız qalasının yaxınlığından, Arpaçaydan götürür. Onun uzunluğu 30 km, eni 3–4 m, dərinliyi 2–3 m-dir. Bu kanal Şərur düzünün şimalında və cənubunda olan əkin sahələrini suvarmaq üçün istifadə edilmişdir. Kanal bir neçə dəfə bərpa olunmuş və е.ə. II minillikdən Orta əsrlərədək öz əhəmiyyətini itirməmişdir. Fərhad arxı və bu arxın başlanğıcında qayada çapılmış Fərhad evi ilə bağlı xalq arasında xeyli əfsanə vardır.

İstinadlar

Kateqoriya:Sədərək rayonunun abidələri