Məzmun Saray münaqişələri, lirik duyğular, xeyirlə şərin mübarizəsi filmin süjetinin mayasını təşkil edir. Hadisələrin mərkəzində isə Aişə (Nataliya Bolşakova), Bəhram (Vadim Qulyayev) və Vəzir (Qali Abaydulov) obrazları durur.
Film haqqında Kütləvi səhnələrdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri və Bakı Xoreoqrafiya Məktəbinin yetirmələri çıxış edirlər.
Kino əsəri SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar Qara Qarayevin parlaq xatirəsinə həsr olunmuşdur.
Bu kinolent milli kino tariximizdə ilk film-baletdir.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Nizami Gəncəvi, Qara Qarayev Bəstəkar: Qara Qarayev Librettonun müəllifi: Rəfiqə Axundova, Maqsud Məmmədov Xoreoqrafiyanın müəllifi: Rəfiqə Axundova, Maqsud Məmmədov Ssenari müəllifi: Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Feliks Slidovker Quruluşçu operator: Aleksandr Tafel Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov, Arif Məhərrəmov Geyim rəssamı: Toğrul Nərimanbəyov Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: Rauf Abdullayev Səs operatoru: Vladimir Savin Konsertmeyster: İ.Brodov Musiqi redaktoru: Mobil Babayev Rejissor: Q.Səlimov Operator: S.İsmayılov Qrim rəssamı: Firuzə İsmayılova İşıq ustası: M.Rəhmanov Rejissor assistenti: T.Mustafayeva Operator assistenti: Abbas Rzayev Rəssam assistenti: Y.Kirşner İnzibatçı: İ.Muşailov, R.Ağayev Redaktor: Nadejda İsmayılova Filmin direktoru: Aydın İmrani
Rollarda Nataliya Bolşakova (Natalya Bolşakova kimi) — Aişə Vadim Qulyayev — Bəhram Qali Abaydulov — vəzir Vera Nekrasova — gözəl Tamilla Məmmədova — gözəl Valentina Zeynalova — gözəl Svetlana Antoniçeva — gözəl İrina Yelizarova — gözəl Lidiya Brodova — gözəl
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288-292; 311.
Xarici keçidlər Filmi izlə
Həmçinin bax
Kateqoriya:1982-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Yeddi gözəl Kateqoriya:Balet-filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Qara Qarayevin baletləri