() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Boz albalı əsasən Qafqazda və Kiçik Asiyada yayılmışdır.

Botaniki xarakteristikası Boyu 1,5-2 m olan şaxəli koldur. Yarpaqları ensiz, xırda, xətvarı-lansetvari, yumurtaşəkilli olmaqla kənarı dişli, üstü və altı çılpaq, saplaqları qısa ağ tüklərlə örtülü, adatən kənarı eşilib qatlanmış olur, uzun zoğlarda yerləşir. dür. Çəhrayı-qırmızı çiçəklərinin diametri 1,5 sm, qısa saplaqlı və ya saplaqsızdır, 4-5 ədədi birlikdə çətir çiçək salxımında toplanır. Çiçəkləmə müddəti 5-16 gündür. Ləçəkləri çəhrayı, tərs ovalşəkillidir. Mayda çiçəkləyir, meyvələri iyun-iyulda, bəzən də avqustda yetişir. Meyvələri tüklüdür, çəyirdəyi yumurtavari kürəvidir, uzunluğu 6 mm-ə yaxındır, rəngi tünd qırmızıdır, yetişəndə çılpaqlaşır. Çoxaldılma yazda stratifikasiya olunmuş toxumlarla və ya payızda təzə yığılmış toxumlarla aparılır. Qələmlər 20% kök atır.

Ekologiyası Quraqlığa, qışa davamlıdır. İşıqsevən-kserofit, mezotrof bitkidir. Daşlı, qayalı quru yamaclarda bitir, zoğları qışa qədər tamamilə oduncaqlaşır.

Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Qobustanda, Naxçıvanın dağlıq hissəsində, Samur-Dəvəçi və Kür-Araz düzənliyində, aşağı və orta dağ qurşaqlarında bitir.

İstifadəsi Quraq rayonların yaşıllaşdırılması, quru yamaclarda meşə salmaq üçün istifadə oluna bilər. Mədəni şaraitdə 1802- ci ildən becərilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Albalı Kateqoriya:Türkiyə florası Kateqoriya:İran florası