Zəkəriyyə Əbdülhəmid oğlu Xiromanov () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2 cilddə. Təkmilləşdirilmiş 2-ci nəşr. 2-ci cild, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, səh. 24
Həyatı Zəkəriyyə Xiromanov 22 noyabr 1899-cu ildə Dağıstan vilayətinin Qazıqumuq dairəsinin Kuma kəndində qumuq ailəsində anadan olmuşdur.
1916-cı ildə Temir-Xan-Şura realnı məktəbini, 1918-ci ildə isə Bakı Realnı Məktəbinin əlavə 8-ci sinfini əla qiymətlərlə başa vurmuşdur.
17 oktyabr 1919-cu ildə Xalq Maarif Nazirliyinin dəftərxanasına kargüzar köməkçisi vəzifəsinə təyin edilmişdir. Daha əvvəl Şimali Qafqaz Dağlılar Respublikasında Ticarət və Sənaye Nazirliyində kargüzar kimi çalışmışdır.
Xiromanov Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Bakıya gələrək 16 avqust 1919-cu ildə Maarif Nazirliyinə müraciət etmişdir. Maarif naziri Rəşid xan Qaplanovun dəstəyi ilə bir neçə qumuq gənci – o cümlədən Zaur bəy Daqirov, Murad Teymurxanov və Zəkəriyyə Xiromanov – xaricdə təhsil almaq üçün seçilmişdir. Parlamentin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Ştutqart İnstitutuna (Almaniya) göndərilmişdi.
1919-cu ilin noyabrında Azərbaycan təbəəliyini qəbul etmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır. Həmçinin bax
Cümhuriyyət tələbələri Azərbaycan Xalq Cümhuriyyəti
Mənbə
İstinad siyahısı
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Qumuqlar