Xüsusi vəziyyət — Azərbaycan istehsalı macəra filmi. 1986-cı ildə Azərbaycanın Daşkəsən rayonunda çəkilmişdir. Əsərin müəllifi Manaf Süleymanov ("Zirvələrdə" romanı), ssenari müəllifi isə Ramiz Fətəliyevdir.
Məzmun Kinolentdə mədən işçilərinin fədakar əməyindən, istək və qayğılarından bəhs olunur. Film filiz mədənlərində işləyən iki gəncin arasında baş verən dramatik əhvalat üzərində qurulmuşdur.
Hadisələr əsasən Daşkəsən rayonunda dəmir filizi mədənlərində baş verir. Fəhlələr qəza vəziyyətində olan şaxtalarda işləyir. Üstəlik, köhnə texnologiyalarda iş rejimi təbiətə ziyan vurur, eyni zamanda nəticə məşəqqətli əmək və onların həyatı bahasına başa gəlir. Sahə müdirlərindən biri, ölkənin ən yaxşı mütəxəssislərindən sayılan Dəmir Şahbazov (Tofiq Mirzəyev) şaxtaların sökülməsini, yeni texnologiyalar əsasında tikilməsi üçün layihə təklif eləyir. Amma kombinatın müdiri Vələdzadə (Səyavuş Aslan) bu layihənin əleyhinə çıxır. Onun fikrincə, layihənin həyata keçirilməsi böyük vaxt aparacaq, üstəlik, nəticəsinin necə olacağı da bəlli deyil. O, isə dövlətə yüksək plan verməlidir.
Bakıda yaşayan gənc jurnalist Xalidə (İradə Akimova) Daşkəsənə dəmir filiz mədənləri haqda yazmaq üçün ezam olunur. O, qatarda tüdnməcaz, sərt təbiətli Dəmirlə tanış olur. Dəmirin mədəndə işlədiyini öyrənən Xalidə məlumat almaq istəyəndə onun kobud rəftarıyla qarşılaşır.
Xalidə kombinatın rəhbəri Vələdzadə ilə görüşür, mədən haqda məlumat toplayır. Prinsipial xarakterə malik Dəmiri yaxından tanıdıqca gənc qadın ona vurulur. Dəmir də ona laqeyd qala bilmir.
Xalidəni isə Bakıda gözləyən sevgilisi Zahid (Rəfael Dadaşov) var. Onlar tezliklə ailə qurmağa hazırlaşır. Reportajını hazırlayandan sonra Xalidə Bakıya qayıdır. Amma anlayır ki, onun Zahidlə münasibəti yanlışdır, çünki ortada sevgi yoxdur. O, Zahiddən ayrılır və Daşkəsənə Dəmirin yanına qayıdır.
Həmin vaxt isə şaxta daha da qəzalı vəziyyətə düşür. Və Dəmir işi dayandırır, şaxtaların bağlanmasına göstəriş verir. Onun qərarından qeyzlənən kombinat müdiri şaxtalara baş çəkir, oranın qəza vəziyyətində olmadığını sübut etmək üçün Dəmirlə birlikdə şaxtalara enir. Və az sonra şaxta tamamilə çökür. Onlar bütün umu-küsüləri kənara qoyub yeraltında həyat uğrunda mübarizə aparırlar. Onların uzun və çətin xilasetmə əməliyyatı başlayır…
Film haqqında Film yazıçı Manaf Süleymanovun "Zirvələrdə" romanının motivləri əsasında yaradılmışdır. Film Mərkəzi Televiziyanın (SSRİ, Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin Müəllifi: Manaf Süleymanov Ssenari müəllifi: Ramiz Fətəliyev Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Nadir Zeynalov, Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Rövşən Həsənov, Əşrəf Mamayev, Yusif Əlizadə Operator: Nemət Rzayev Montaj edən: Esmira İsmayılova Qrim rəssamı: Berta Roqova Geyim rəssamı: Səyyad Bayramov, Y. Kirşner Rejissor assistenti: Y. Əhmədov, A. Əliyev Operator assistenti: T. Əlizadə, Vaqif Bağırov, V. Konevtsov, R. Səfərəliyev Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev İşıq ustası: Tahir Bağırov İnzibatçı: R. Hüseynov, Ədalət Yunusov, Aydın Hüseynov Məsləhətçi: K. Rzayev (sosialist əməyi qəhrəmanı), M. İmanov, Z. Aşurov Redaktor: D. Tahirova Mahnıların mətni: Ramiz Rövşən (R. Əliyev kimi) Dirijor: Konstantin Krimets Filmin direktoru: Tələt Rəhmanov Mahnı ifa edən: Akif İslamzadə, Flora Kərimova
Rollarda Tofiq Mirzəyev — Dəmir Səyavuş Aslan — Vələdzadə İradə Akimova — Xalidə Sofa Bəsirzadə — Gülxar xala Rəfael Dadaşov — Zahid Tariyel Qasımov — Həlim Hamlet Xanızadə — Sərxanov Rafiq Kərimov — Əkbər Ramiz Əzizbəyli — Yusif İlham Əsgərov — Rəcəb Yaşar Nuri — Samson Məbud Məhərrəmov — Manaf Gümrah Rəhimov — Davud Vidadi Məmmədov — Vaqif Səməndər Rzayev — Redaksiyanın məsul katibi Aygül İsmayılova — Gülya L. Məlikova — Vəfa Firəngiz Şərifova — Xalidənin anası A. Şamilova Əliqulu Səmədov — Sürücü Niyazi Əhmədov Nahidə Orucova — Şikayətçi T. Nuriyev Muxtar Maniyev — Məşqçi
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 310–311.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri