İdrisiqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Vəlvələ kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrdə Quba qəzasındakı İdrisi kəndindən çıxmış ailələrin həmin kəndə məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "İdrisi kəndinə məxsus qışlaq" mənasındadır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb. Bakı-2007. I cild, səh.253
Əhalisi Əsas təsərrüfat əkinçilikdirAzərbaycan coğrafiyası. Ensiklopedik lüğət. Bakı: "Günəş" nəşriyyatı, 2011.. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 252 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri