Aqata Meri Klarissa Miller (; ) — ingiltərəli yazıçı, dramaturq, detektiv janrının kraliçası. Daha çox birinci ərinin soyadı ilə Aqata Kristi (ing. Agatha Christie) kimi tanınır. O, dünyanın ən məşhur detektiv yazıçılarından biridir. Aqata Kristinin əsərləri bəşər tarixində (Bibliya və Uilyam Şekspirin əsərlərindən sonra ikinci) ən çox nəşr olunan, eyni zamanda ən çox tərcümə olunan əsərlərdən birinə çevrildi (7236 tərcümə). O, 60-dan çox detektiv romanı, 6 psixoloji romanı (Mary Westmacott təxəllüsü ilə) və 19 hekayələr toplusunu nəşr etdirib. Onun 16 pyesi London teatrlarında tamaşaya qoyulub. Kitabları 4 milyard nüsxədənГазета "Книжное обозрение", 2012 год, № 17. çox nəşr olunub və 100-dən çox dilə tərcümə olunub. O, həmçinin bir əsərin teatr tamaşalarının maksimum sayına görə rekorda sahibdir. Aqata Kristinin "Siçan tələsi" pyesi ilk dəfə 1952-ci ildə səhnəyə qoyuldu və 2020-ci ilə qədər teatrda nümayiş olundu, sonra koronavirus pandemiyası səbəbindən dayandırıldı, lakin sonradan tamaşalar bərpa olundu.

Həyatı

Uşaqlıq, gənclik illəri və ilk evliliyi Aqata Mari Klarissa Miller 15 sentyabr 1890-cı ildə dənizkənarı Torki kurort şəhərində, Devonda // agathachristie.com., bacısı Marqaret Freri "Madj" və qardaş Louis Montan "Monti"dən sonra Frederik və Klarissa Millerin ailəsində anadan olmuşdur.

Uşaq ikən Aqata evdə amerikalı atasından yaxşı təhsil alır. Anası Klara əla hekayəçiydi və sevimli kiçik qızına səkkiz yaşına qədər oxumağı öyrətmək istəmirdi. Lakin qızcığaz darıxdığı üçün 5 yaşında təkbaşına oxumağı öyrənərək, ingilis uşaq yazıçısı Edit Nesbitin "Xəzinə axtaranların hekayəsi" və "Dəmir yolu uşaqları" romanını, eləcə də Amerika yazıçısı Luiza Mey Alkottun "Balaca Qadınlar" romanını mənimsədi. O, həm də təsəvvüründə özünə xəyali dostlar tapırdı, öz heyvanları ilə oynayırdı, rəqs dərsləri alırdı və şeir yazmağa başlamışdı. Hələ uşaq ikən o, ailə üzvləri tərəfindən səhnələşdirilən "qorxulu" hekayə yazmışdı. Onun süjeti bacılar arasında miras uğrunda mübarizədən bəhs edirdi: "zadəgan ledi Madj" və "qaniçən ledi Aqata", tamaşa zamanı bacının istəyi ilə rollar dəyişdirildi.

Aqata təxminən beş-altı yaşında olanda, ailə pula qənaət etmək üçün Eşfilddəki evlərini icarəyə verdi və bir müddət Fransaya köçdü, burada qız sevimli tərbiyyəçisi Mariyadan qarışıq, idiomatik bir fransız dilini öyrəndi, baxmayaraq ki, bundan əvvəl bacısının və iki mentorunun səylərinə baxmayaraq, heç vaxt bunu edə bilməmişdi.

1901-ci ildə, on bir yaşında Aqata atasını itirir. O, maddi çətinlikləri ilə əlaqədar bir neçə infakt keçirdikdən sonra ölür. Ərinin ölümündən sonra Klara ümidsizliyə düşür və Aqata anasının ən yaxın dostu və köməkçisi olur. Pul çatışmazlığı ucbatından ailə Eşfilddəki evlərini satmaq barədə düşünməyə başlasa da, tezliklə çarə tapılır.

On beş yaşında Aqata, fortepiano və mahnı dərsləri almağa başladığı və yalnız utancaqlığı və səhnə qorxusu onun peşəkar pianoçu olmasına mane oldu.

On səkkiz yaşında o, qısa hekayələr yazaraq özünü əyləndirdi, bəziləri 1930-cu illərdə ingilis dramaturqu və ailə dostu İden Fillpotts tərəfindən yenidən işlənmiş formada nəşr olundu.

Birinci Dünya müharibəsi zamanı (1914–1918) Aqata Torkidəki Beynəlxalq Qırmızı Xaç xəstəxanasında könüllü tibbi yardım bölməsində tibb bacısı işləyib; o, bu peşədən həzz aldı və onu "insanların məşğul ola biləcəyi ən faydalı peşələrdən biri" kimi dəyərləndirirdi. O, həmçinin aptekdə əczaçı işləyib, bu sonradan onun yaradıcılığında iz buraxıb: onun əsərlərində 83 cinayət zəhərlənmə yolu ilə törədilib.

Aqata ilk dəfə 1914-cü ildə Milad ərəfəsində, 1912-ci ildə hələ leytenant ikən tanış olduğu Kral Uçuş Korpusunun pilotu polkovnik Arçibald Kristi ilə evlənir. Və evləndikdən qısa müddət sonra, 27 dekabr 1914-cü ildə Arçie Fransaya hərbi xidmətə qayıdır və cütlük müharibə boyu bir-birini demək olar ki görmür. Onların tam ailə həyatı yalnız 1918-ci ilin yanvarında, Arçi Londonda Müharibə Departamentinə göndərildikdə başlayır, burada gənc ailə ev kiralayır. 5 avqust 1919-cu ildə cütlüyün Rozalinda (Aqata Kristinin yeganə qızı) adlı bir qızı dünyaya gəlir. Bu dövr Aqata Kristinin yaradıcılıq karyerasının başlanğıcı olur.

Onun ilk romanı "Stilesdəki sirli hadisə" 1920-ci ildə nəşr olundu. Belə bir fərziyyə var ki, Kristinin detektivə üz tutmasının səbəbi böyük bacısı Madj ilə (o, artıq yazıçı olduğunu sübut etmişdi) onun da dərc olunmağa layiq bir şey yarada biləcəyinə dair mübahisə olur. Yalnız sayca yeddinci nəşriyyat əlyazmanı 2000 nüsxə tirajla çap etdir. Yeni yazıçı 25 funt sterlinq qonorar alır.

1922-ci ildə Aqata Kristi əri ilə birlikdə Böyük Britaniya — Biskay körfəzi — Cənubi Afrika — Avstraliya və Yeni Zelandiya — Havay adaları — Kanada — ABŞ — Böyük Britaniya marşrutu ilə dünya ətrafında dəniz səyahəti etdi.

İtkin düşməsi 1926-cı ildə Aqatanın anası Klara vəfat edir. Həmin ilin sonlarında Aqata Kristinin əri Arçibald xəyanət etdiyini etiraf etdi və qolfçu yoldaşı Nensi Nilə aşiq olduğu üçün boşanmaq istədiyini bildirdi. Əri ilə mübahisə etdikdən sonra Aqata, qızı Rozalindi və evi qulluqçularının ixtiyarına verərək və katibəsi Karlaya (Şarlotta Fişer) Yorkşirə getdiyini iddia edən məktub yazaraq 3 dekabr 1926-cı ildə Berkşirdəki evindənКейд Джаред. , издательство "Рипол-классик", М., 2012 год. // litresp.ru. yoxa çıxır. Onun yoxa çıxması böyük ictimai səs-küyə səbəb oldu, çünki artıq yazıçının yaradıcılığının pərəstişkarları peyda olmuşdu.

On bir gün ərzində Kristinin harada olması barədə heç nə məlum deyildi. Onun yoxa çıxmasının ertəsi səhər Surreydə Aqatanın avtomobili və içərisində xəz paltosu tərk edilmiş vəziyyətdə tapıldı. Bir neçə gün sonra, dekabrın 14-də yazıçının özü ümummilli axtarışlarının gedişi ilə bağlı qəzet xəbərlərini oxuyarkən tapıldı. Məlum olur ki, Aqata Kristi Nort-Yorkşir ştatının Harroqeyt şəhərindəki lüks spa "Swan Hydropathic Hotel"də (indiki Old Swan Hotel) "Tereza Nil" adı ilə qeydiyyatdan keçib. Kristi onun yoxa çıxması ilə bağlı heç bir izahat vermədi və iki həkim ona kəllə-beyin travması nəticəsində amneziya diaqnozu qoydular. Aqata Kristinin yoxa çıxmasının səbəblərini britaniyalı psixoloq Endryu Norman özünün "Tamamlanmış portret" kitabında təhlil edir. O, kitabda, xüsusən də, Aqata Kristinin davranışı bunun əksini göstərdiyi üçün travmatik amneziya fərziyyəsinin tənqidə tab gətirmədiyini iddia edirdi: çünki Aqata ərinin sevgilisinin soyadı ilə hotelə daxil olmuş, vaxtını pianoda çalmağa, spa müalicələrinə və kitabxanaya baş çəkməyə sərf etmişdi. Lakin Norman bütün sübutları araşdırdıqdan sonra ağır psixi pozğunluğun səbəb olduğu dissosiativ fuqa olduğu qənaətinə gəlir.

Başlanğıcda qarşılıqlı bağlılığa baxmayaraq, Arçibald və Aqata Kristinin evliliyi 1928-ci ildə boşanma ilə başa çatır, bundan dərhal sonra Aqata və qızı Rozalinda İngiltərədən Kanar adalarına qaçır və burada o, "Mavi Qatarın Sirri" romanını əzab-əziyyətlə bitirir. Təfərrüatlı "Avtobioqrafiya" da bu faktlar haqqında heç nə yazılmır: yalnız əri ilə ayrılmaq haqqında ümumi bir ifadə ilə məhdudlaşır. Onun ailə üzvləri və qohumları da bu siyasətə riayət etməyə çalışdılar və onun yoxa çıxmasının "rəsmi versiyası"nı dəstəkləyiblər. Kristinin yoxa çıxma şəraiti Meri Vestmakot təxəllüsü ilə nəşr olunan həm detektiv, həm də melodramatik xarakterli dövriyyədənkənar adlandırılan bir sıra əsərlərində öz əksini tapdığı güman edilir. Bu hadisələrlə bağlı problemlər çoxsaylı kitablarda, məqalələrdə və sənədli filmlərdə öz əksini tapmışdır. Bundan əlavə, yazıçının yoxa çıxmasına ədəbi əsərlər, bədii və televiziya filmləri həsr olunmuşdur.

İkinci evliliyi və sonrakı illəri 1930-cu ildə İraqa səyahət edərkən Ur şəhərində qazıntılar zamanı gələcək əri qədim Ön Asiya üzrə mütəxəssis olan arxeoloq Maks Mallovan ilə tanış olur. O, Aqatadan demək olar ki, on dörd yaş kiçik idi.

Bəzi yaxın insanların narazılığına baxmayaraq, onlar 11 sentyabr 1930-cu ildə Edinburqdakı Müqəddəs Katbert kilsəsində evləndilər. Mətbuatda Kristinin evliliyi ilə bağlı —"arxeoloq üçün qadının mümkün qədər yaşlı olmalıdır, çünki o zaman onun dəyəri əhəmiyyətli dərəcədə artır" ifadəsi olduğu söylənilir. 1930-cu illərin əvvəllərindən o, vaxtaşırı ildə bir neçə ay Suriya və İraqda əri ilə birlikdə ekspedisiyalarda olurdu; həyatının bu dövrü onun "Necə yaşadığını haqda danış" adlı avtobioqrafik xatirələrində əks olunub. Aqata Kristi ömrünün qalan hissəsini, 1976-cı ildə ölənə qədər Mallovan ilə evlil yaşadı.

Kristinin əri ilə Yaxın Şərqə etdiyi səfərlər sayəsində onun bir sıra mühüm əsərlərinin ("Şərq dövrü" adlanan) hadisələri məhz orada baş vermişdi. Digər romanlar (məsələn, "On zənci balası") Kristinin doğulduğu Torki və ya onun ətrafında baş vermişdir.Евгений Ксензенко. . Телекомпания "НТВ" // ntv.ru (17 сентября 2009 года). 1934-cü ildə "Şərq Ekspresində Cinayət" romanı Aqata Kristinin yaşadığı İstanbulda Pera Palace hotelində yazılmışdır. Bu hotelin 411 nömrəli otağında indi onun xatirə muzeyi yerləşir. Cütlüyün 1938-ci ildə satın aldığı Devondakı "Greenway Estate" mülkü, Milli Fond (ing. "National Trust for Places of Historic Interest or Natural Beauty") tərəfindən qorunur.. Kristi tez-tez bacısının əri Mayor Ceyms Uottsa məxsus olan Çeşirdəki "Abney Hall"da qalırdı. Kristinin ən azı iki əsərinin hadisəsi bu mülkdə baş vermişdir: "Milad pudinginin sərgüzəştləri" (1937), hekayə eyniadlı kolleksiyaya və "Cənazədən sonra" romanına (1952) daxil edilmişdir.

""Abney Hall" Aqata üçün ilham mənbəyi idi; bu və ya digər dərəcədə Abneyi təsvir edən Staylz, Çimniz, Stoungeyts və digər evlərin təsvirləri buradan götürülmüşdür."

İkinci Dünya müharibəsi zamanı (1939–1945) Rozalinda sonradan Fransada vəfat edən (ing. Hubert Prichard) ilə evlənir və 21 sentyabr 1943-cü ildə Metyu adlı bir oğlu dünyaya gətirir. Maks Mallovan o zaman Qahirədə hərbi xidmətdə idi və Aqata İngiltərədə qalmışdı, kitablar yazır, Londonda Universitet Kolleci Xəstəxanasının dispanserində könüllü olaraq çalışır, mehriban və qayğıkeş nənə kimi qızına uşağa baxmağa kömək etdi. 1949–1957-ci illərdə o, ərini Şimali İraqda arxeoloji ekspedisiyalarında müşayiət edirdi və onun şöhrəti qazıntılar üçün vəsait cəlb etməyə kömək edirdi. Quru iqlimə uyğunlaşmaq üçün 2500 ildən çox quyularda su altında qalmış tapıntılar yaş dəsmalların üzərinə düzülürdü. O, bir çox artefaktı kosmetik kremə batırılmış süngərlə şəxsən özü silirdi. Bunu Aqata özü ixtira etmişdi.

1956-cı ildə Aqata Kristi "Britaniya imperiyası" ordeninin komandoru təyin edildi, 1971-ci ildə isə ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə eyni ordenin Dama-Komandor vəzifəsinə yüksəldi, ordenin sahibələri həmçinin öz adlarının əvvəlində istifadə edəcəkləri "dama" fəxri adını qazanır. Üç il əvvəl, 1968-ci ildə onun əri Maks Mallovan arxeologiya sahəsindəki nailiyyətlərinə görə cəngavər rütbəsinə layiq görülmüşdü.

1958-ci ildə yazıçı "İngilis Detektiv Klubu"na (ing. "Detection Club") rəhbərlik edir. 1971–1974-cü illər arasında Kristinin səhhəti pisləşməyə başladı, lakin buna baxmayaraq o, yazmağa davam edir. Toronto Universitetinin mütəxəssisləri bu illərdə Kristinin yazı tərzini araşdıraraq Aqata Kristinin Altsheymer xəstəliyindən əziyyət çəkdiyini irəli sürdülər. 1975-ci ildə, Kristi tamamilə zəiflədikdə, o, ən uğurlu pyesi olan "Siçan tələsi"nin bütün hüquqlarını nəvəsi Metyu Priçarda keçirdi.

Yazıçı 1976-cı il yanvarın 12-də 85 yaşında Uollinqforddakı (Oksfordşir) evində keçici soyuqdəymə nəticəsində dünyasını dəyişib və yanvarın 16-da Çolsi kəndindəki Müqəddəs Mariya qəbiristanlığında dəfn olunub. Yazıçının 1965-ci ildə bitirdiyi Aqata Kristinin tərcümeyi-halı bu sözlərlə bitir: "Ya Rəbb, yaxşı həyatım üçün və mənə verilən bütün sevgi üçün sənə təşəkkür edirəm". Kristinin yeganə qızı Rozalinda Marqaret Hiks də 85 yaşına qədər yaşadı və 28 oktyabr 2004-cü ildə Devonda öldü. Aqata Kristinin nəvəsi Metyu Pritçard, Aqata Kristinin bəzi ədəbi əsərlərinin hüquqlarını miras aldı və onun adı hələ də "Agatha Christie Limited" fondu ilə əlaqələndirilir.

Dünyagörüşü