thumb|Qəddafi 2021-ci ildə. Seyful-İslam Müəmmər əl-Qəddafi (, adının mənası "İslamın qılıncı"; ) — Liviyanın keçmiş dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb.
Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var.
Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır.
2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi. O, ingilis dilində sərbəst danışır, London İqtisadiyyat Məktəbində fəlsəfə doktoru dərəcəsi almışdır.
Qərbdə Seyf əl-İslam Liviyada həbs olunmuş 5 bolqar tibb bacısı və bir fələstinli həkimin azadlığa buraxılmasında oynadığı rola görə də tanınır. Liviya hökuməti həmin tibb işçilərini azyaşlı uşaqları HİV virusuna yoluxdurmaqda ittiham edirdi.
Seyf əl-İslam Qəddafi son 10 ildə Liviyanın Qərb dövlətləri ilə danışıqlar aparmasında da müsbət rol oynayıb. Bu danışıqlar sayəsində Liviya nüvə silahından imtina edib. On illərdir Qərbin düşməni qismində davam edən izolyasiyaya son qoyulub. Bununla da o, ölkənin neft sektoruna xarici investisiyanın qoyulmasına yol açıb.
Seyf əl-İslam hətta islahat təkliflərinə görə hakim elita ilə üz-üzə gəlib. Bəzi analitiklər bildirirlər ki, onun mühafizəkar rəqiblərinin arxasında qardaşları — milli təhlükəsizlik müşaviri olan Mütəssim və orduda yüksək mövqe tutan Xamis dayanır.
O, ərəb ölkələrini bürüyən etiraz dalğası çərçivəsində atasının 40 illik hakimiyyətinə qarşı başlanmış iğtişaşlarla bağlı 2011-ci il 20 fevral tarixli televiziya çıxışında atasının hakimiyyətini son ana qədər qoruyub saxlayacağını bildirmiş, həmçinin mühacirətdə yaşayanları ölkədəki iğtişaşları qızışdırmaqda ittiham etmişdir. Eyni zamanda islahatlar aparmaq üçün dialoq təklifi də irəli sürmüşdür.
3 fevral 2026-cı il tarixində Qəddafi evində dörd naməlum silahlı şəxs tərəfindən öldürülüb və onlar hadisə yerindən qaçıb.
İstinadlar
Xarici keçidlər Gaddafi International Charity and Development Foundation Seyful İslam Qəzzafi kimdir? Yıxılmış vəliəhd: Seyf-əl-İslam Qəzzafi Seyf əl-İslam Qəddafi kimdir?
Kateqoriya:Liviyada doğulanlar Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Liviya siyasətçiləri Kateqoriya:Liviya vətəndaş müharibəsi (2011) iştirakçıları Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunları Kateqoriya:Odlu silah atəşindən vəfat edənlər Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Fəlsəfə doktorları