Məhəllə — 2003-cü ildə Ramiz Fətəliyev tərəfindən çəkilmiş komediya filmi.
Məzmun Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası (Kübra Əliyeva) nəhayət bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası "professor"dur (Aftandil İsrafilov). Amma bu professor o professorlardan deyil...
Film haqqında Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunur.
Film aktrisa Nəsibə Zeynalovanın kinoda son işidir.
Filmin çəkilişlərinə Ə. Qarayev küçəsi 6 №-li evin sakinləri köməklik göstərmişdir.
Filmdə "Ulduz" kinofilmindən və xalq mahnılarından istifadə edilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Quruluşçu rejissor: Ramiz Fətəliyev Prodüser: Tahir İmanov Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu operator: Tarıverdi Tarıverdiyev Bəstəkar: Aytən İsmixanova Səs operatoru: Emin Nəsirli, Teymur Abdullayev, Vilayət Qəhrəmanzadə Montaj edən: Xanlar Ağayev Kompüter qrafikası: Samir Fərzəlibəyov Rejissor: Heydər Əmirov Operator: Mürşüd Əkbərov Qrim rəssamı: Elbrus Vahidov, Babək Rüstəmov, Eldar İsrafilov İşıq ustası: Tahir Bağırov, Şəmsi Qədirov İşıqqçı: Əliağa İbrahimov, Xəqani Abdullayev Reklam kampaniyası: Müşfiq Hətəmov Mahnı ifa edən: Abbas Bağırov Aranjiman: Aytən İsmixanova, Eldar Məmmədov Balabanda solo: Şirzad Fətəliyev(Şirzad kimi) Yönəldici prodüser: Saleh Abdullayev İcraçı prodüser: Azər Quliyev
Rollarda Tahir İmanov — Rövşən/Roşka Cabir İmanov — Elşən/Eliş Elçin Həmidov — Məzahir/Məzi Rafael İsgəndərov — Qüdrət Coşqun Rəhimov — Tofiq Kübra Əliyeva — Südabə Dilarə Əliyeva — Məhəbbət İlham Qasımov — Ruslan/Rusik Fəridə Həsənova Fərasət Şəfiyev Yaşar Nuri — varlı adam Hacı İsmayılov — polis rəisi Avtandil İsrafilov — Zahid/professor Elariz Məmmədoğlu — müğənni Əjdər Həmidov — taksi sürücüsü Ramiz Sərkərov — məhəlləni sökmək istəyən Məhərrəm Musayev Ələsgər Məmmədoğlu — yol polisi işçisi Nəsibə Zeynalova — nənə Oqtay Ağayev Zakir Dadaşov Hüseynəli Vəliyev Gülşən Quliyeva Fazilə Rəcəbova İradə Mehdiyeva İlona Yankovskaya Marqarita Əsədova Lalə Qulamova Sevinc Əliyeva Afət Məmmədova Aynur Ağabəyova Kamilə Tağıyeva Leyla Namazəliyeva Vyaçeslav Melkin Emin Dadaşov Səbuhi Əliyev Mikayıl Məmmədəliyev Əli Əkbərov Kamal Adil Əkbərzadə Taleh Məmmədov Zamin Əliyev Yuliya Pentxasova Katya Pentxasova Röya Ayxan — diskotekadakı qız (titrlərdə yoxdur)
Sponsor "Praqa" Restoranlar Şəbəkəsi
Çəkilişə köməklik edən qurumlar "Abşeron" Mehmanxanası "La Şevalye" Klubu Uluklub Respublika Sarayı "İndiqo" Şirkəti Rast Prodakşn Elariz Məmmədoğlunun Qrupu
Çəkilişə kömək edənlər Adil Paşayev Çuma Əhmədzadə Cəlal Paşayev Rasim Əsədov Əmrə Aygül Səlahəddin Atalay Fərhad Babayev Tariyel Salahov Gülşən Əkbərova DJ Kamal Ruslan Şamayev
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 311.
Xarici keçidlər Planet Parni iz Bakunun rəsmi saytında Məhəllə filmi “Məhəllə” 15 il sonra ekranlara qayıdır — VİDEO Tahir İmanov: “Məhəllə”miz dəyişir, dəyişməyən təkcə Eliş və Roşkadır — MÜSAHİBƏ
Kateqoriya:2003-cü ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər