() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinin növünə aid heyvan yarımnövü.

Statusu Nadirdir.

Kateqoriyası Təhlükə həddinə yaxındır (EN). Qorunma tədbirləri görülməsə nəslinin kəsilmə təhlükəsi yarana bilər.

Qısa təsviri Harayçı quşa oxşasa da ondan kiçikdir. Ümumi rəngi ağ, ayaqları və dimdiyi qaradır. Diri kütləsi 5-6,5 kq, qanadının uzunluğu 48-56 sm, pəncə lüləsi 10-11 sm-dir Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, 420 s..

Yayılması Avropa və Orta Asiyada qışlayır. Tundrada yuvalayır. Azərbaycanda Xəzər dənizinin sahillərində və daxili su hövzələrində qışlayır .

Yaşayış yeri və həyat tərzi Azərbaycanda nadir hallarda qışlayan quşdur. Harayçı qu quşları toplaşdığı və yemləndiyi ərazilərdə müşahidə edilir. Fısıldayan qu quşları olan su hövzələrində olmur. Onlar tərəfindən sıxışdırılır. Qışlama dövründə kiçik sürülər əmələ gətirir.

Məhdudlaşdırıcı amillər Yuvalama ərazilərində su-bataqlıq biotoplarının çoxu qurudulub. Qışlama yerlərində fısıldayan qu quşu tərəfindən sıxışdırılır. Brakonyerlər tərəfindən bəzən ovlanır, qamış pişiyi və çaqqalın hücumlarına məruz qalır.

Əhali üçün əhəmiyyəti Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər AEWA sazişinə, Ramsar, Bern, Bonn konvensiyalarına və Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Azərbaycan ərazisində qışlamağa məskunlaşdığı yerlərdə narahatlıq yaradan amillərin, balıq tutulmasının, sahildə qamış zolaqlarının yandırılmasının qarşısı alınmalıdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Arktika quşları Kateqoriya:Avrasiya quşları