Qındırğa — Azərbaycan Respublikasının Qax rayonunun Zəyəm kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qındırğa kəndində milli tərkibi muğallardan ibarət 14 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168 Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 25 təsərrüfatda hər iki cinsdən toplam 117 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

Toponimikası Qındırğa oyk., sadə. Alazan–Əyriçay çökəkliyindədir. Oykonimin mənası dialekt materiallan əsasında izah olunur. Azərbaycan dilinin qərb və şimal dialekt və şivələrində qındırğa sözü “susuz yerdə bitən tikanlı ot'* mənasında işlənir. Yəqin ki, bu kəndin ətrafında çoxlu qındırğa bitkisi varmış. Tədqiqatçılar Qəbələ r-nunda bu sözün qındralıq formasında bir oronimin tərkibində işləndiyini qeyd edirlər.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax Qax rayonu

Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin

İstinadlar

Kateqoriya:Qax rayonunun kəndləri