Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (; ) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, müsəlman fraksiyasının üzvü, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır.

Həyatı

İlk illəri left|thumb|145x145px|Gənc Fətəli xan Xoyski Fətəli xan Xoyski -ci ildə Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi.Метрическое свидетельство Фатали-хана Хойского // Известия Азербайджанского историко-родословного общества. Вып. 5. — Баку, 2004. — səh. 77. (rus) Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən,Fətəli Xan Xoyski: həyat və fəaliyyəti: sənəd və materiallar. Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Baş Arxiv İdarəsi.— Bakı: Azərbaycan nəşriyyatı, 1998.– 152 s. Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı.

Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. left|thumb|207x207px|Tələbə Fətəli xan Xoyski Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil deputatı, müsəlman fraksiyasının üzvü seçildi.Seyidzadə Dilarə Bağır qızı. Azərbaycan deputatları Rusiya Dövlət Dumasında — Bakı, 1991, s.53 Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.Fətəli Xan Xoyski: həyat və fəaliyyəti: sənəd və materiallar. — Bakı: Azərbaycan nəşriyyatı, 1998 s.145 left|thumb|Xoyski (sol tərəfdə oturub) İkinci Dövlət dumasının bir qrup deputatı ilə birlikdə Müsəlman fraksiyasının üzvü idi, köçürülmə siyasətinin əleyhinə çıxış edirdi, Konstitusiyalı Demokratiya Partiyasının üzvü idi. 1917 Fevral inqilabından sonra 1-ci Qafqaz müsəlmanları qurultayının (aprel, Bakı) iştirakçısı idi; may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü oldu. Bitərəflə "Müsavat" partiyasının 1-ci qurultayında (26–31 oktyabr) iştirak etmişdir, Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi. Bakı şəhər Dumasına (oktyabr 1917 — aprel 1918) rəhbərlik etmişdir. Zaqafqaziya komissarlığı (15 noyabr 1917 – 10 fevral 1918) nəzdində xalq maarif komissarı olmuşdur. Zaqafqaziya Seyminin (10 fevral — 26 may 1918) üzvü; "Müsavat" və demokratik bitərəf qrupun fraksiyasına daxil olmuşdur. Aprel ayından Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olundu. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may — 7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın icraiyyə komitəsinin sədri olmuşdur.

AXC illərində Zaqafqaziya seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclasını çağırdılar. Yığıncaq Cənubi Qafqazın şərqi ərazilərin idarə olunmasını öz üzərinə götürmək qərarına gəldi, və özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli şurası adlandırdılar. Milli şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradıldı, onun vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə planların həyata keçirilməsi idi. F. Xoyski icraiyyə orqanının sədri seçildi.Гасанлы Дж. П. / Русская революция и Азербайджан: Трудный путь к независимости (1917–1920). — М.: Флинта, 2011. — 26–27, 160–162 с. (rus.)

Ertəsi gün Milli şuranın ilk iclası keçirildi: Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti onun gündəliyində əsas bəndi idi. Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idilər, Fətəli-xan Xoyski, öz növbəsində, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması ilə kifayətlənmək və Azərbaycanın müstəqilliyini elan etmədən digər ölkələrlə danışıqlara başlamaq təklifini vermişdi. Nəticədə iki nəfər bitərəf qalmaqla 24 səslə (o cümlədən F. Xoyski) Şura Azərbaycanı dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli-xan Xoyski Müvəqqəti hökumətinin tərkibini açıqladı və orada hökumət başçısı və daxili işlər naziri.vəzifələrini tutdu. Mayın 30-da Nazirlər Şurasının sədri F. X. Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram göndərdi:

thumb|Xoyskinin Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə bir sıra dövlətlərin xarici işlər nazirlərinə göndərdiyi radioqramın surəti. 30 may 1918-ci il 26 may 1918-ci ildən Nazirlər Şurasının sədri, eyni vaxtda daxili işlər naziri, (28 may — 17 iyun), xarici işlər naziri (26 dekabr 1918 – 14 mart 1919) olmuşdur. Sentyabrın 16-da Bakıya Qafqaz İslam Ordusunun hissələri daxil oldu. Növbəti gün Azərbaycan hökuməti bu şəhərə köçdü. Bakyova görə, F. Xoyski sevinən müsəlmanları qarşılayaraq şəhərdə açıq avtomobildə gedirdi.Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе. — М.: Российская политическая энциклопедия (РОССПЭН), Фонд "Президентский центр Б.Н. Ельцина", 2010. — С. 146. — ISBN 978-5-8243-1435-9. (rus) Hökumət üzvlərinin neftlə bağlı qanunsuz əməlləri ilə əlaqədar istefa verdi. Xoyskinin başçılıq etdiyi hökumət Türkiyənin iyun-iyul aylarında Qafqaz müsəlman rayonları işğalını və türk ordusunun 1918-ci ilin sentyabrında Bakını azad etməsini alqışlayırdı. Azərbaycan Parlamentinin (7 dekabr 1918 – 27 aprel 1920) üzvü. Xarici işlər naziri (24 dekabr 1919 – 1 aprel 1920). Zaqafqaziya respublikalarının nümayəndələri konfransında Azərbaycan nümayəndə heyətinin üzvü idi (25 aprel — 30 may 1919, Tiflis).

Qətli Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçdü, orada 19 iyun 1920-ci ildə qətlə yetirildi↑ Балаев А., Азербайджанское национально-демократическое движение. 1917–1920, Баку, 1990;, qatillər "Daşnaksütun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər,Derogy, Jacques (1990). Resistance and Revenge: The Armenian Assassination of the Turkish Leaders Responsible for the 1915 Massacres and Deportations. Transaction Publishers. p. 61. ISBN 9781412833165. (ing.) onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdılar. İndiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir."Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfəri (8–10 mart 1996-cı il) " "Heydər Əliyev İrsi" Beynəxalq elektron kitabxana↑ Ercan Karakaş. Geçmişten günümüze Ermeni komiteleri ve terörü. — IQ Kültür Sanat Yayayıncılık, 2009. — С. 130. — ISBN 9789752552449. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirmişdir.

Şəxsi həyatı Dini etiqadına görə Fətəli xan Xoyski şiə müsəlmanı idi. O, rus, və Azərbaycan dillərini bilirdi. Lakin F. Xoyski Azərbaycan dilində çətinlik çəkərək danışırdı.Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе. — М.: Российская политическая энциклопедия (РОССПЭН), Фонд "Президентский центр Б.Н. Ельцина", 2010. — С. 148–149. — ISBN 978-5-8243-1435-9. AXC dövründə F. Xoyskinin bəzi qohumları görkəmli dövlət və inzibati vəzifələri tuturdular. Böyük qardaşı Hüseynqulu-xan Xoyski bir müddət Gəncə qubernatorunun müavini idi. Kiçik qardaşı Rüstəm Xan Xoyski Fətəli xan Xoyskinin hökumətində himayədarlıq naziri olub.

O, daha sonra islamı qəbul edərək Ceyran xanım adını almış Yevgeniya Vasilyevna ilə evli olmuşdur.

Fətəli xan Xoyskinin üç uşağı olub: qızı Tamara (1902–1990) və iki oğlu Murad (1910–1973) və Ənvər (1914–1935).Исмаилов Э. Э. Ханы Хойские. Материалы к родословной и биографиям // Известия Азербайджанского историко-родословного общества. Вып. 4. — Баку, 2003. — С. 56.

Qızı Tamara xanım Azərbaycan SSR Kp MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynova ərə getmişdir. Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər Moskvada əməliyyat olunduqdan sonra diabet xəstəliyindən narkozdan sonra oyanmadı.Тамара Хойская: "Никого не обвиняю в том, что в Баку стоят памятники коммунистам, а не лидерам АДР" Sputnik (rusca)

Xatirəsi thumb|right|250px|Anadan olmasının 120 illiyi münasibətilə buraxılmış marka Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır 1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxıldı Dəfn olduğu yerdə yəni Tbilisi nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb Gəncədə Atatürk prospektində Ziyadxanovlar mülkünün divarında barelyef qoyulub Bakıda İstiqlaliyyət küçəsində Fətəli xan Xoyskinin 1918-ci ildən 1920-ci ilədək yaşamış olduğu evin divarında barelyef qoyulub Şəkidə əvvəllər Karl Marks adını daşımış küçənin adı "Fətəli xan Xoyski"yə çevrilib 2016 istehsal Əli və Nino filmində Fətəli xan Xoyskinin rolunu Xalid Ərgənc oynamışdır

Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Məhəmməd Əmin Rəsulzadə Məmmədhəsən Hacınski Xoyskilər

İzlə Fətəli xan Xoyski haqqında sənədli film

Mənbə Fətəli xan Xoyski Fətəli xan Xoyski barədə sayt

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xoyskilər Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan vəkilləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər nazirləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri Kateqoriya:Azərbaycanın baş prokurorları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri Kateqoriya:Moskvada təhsil almış azərbaycanlılar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin nazirləri Kateqoriya:Azərbaycanın İstiqlal Bəyannaməsini imzalayanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Bakı Şəhər Dumasının sədrləri Kateqoriya:Bakı Şəhər Dumasının X çağırış üzvləri Kateqoriya:Gəncə Şəhər Dumasının üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin hərb nazirləri Kateqoriya:Zaqafqaziya Seyminin üzvləri Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Nemezis əməliyyatında qətlə yetirilənlər Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Azərbaycan milliyətçiləri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Azərbaycanın ədliyyə nazirləri Kateqoriya:Rusiya imperiyası II Dövlət Dumasının üzvləri Kateqoriya:Azərbaycanlı şiə müsəlmanları