Hacıqərvənd — Azərbaycan Respublikasının Tərtər rayonunun Hacıqərvənd kənd inzibati ərazi dairəsində kənd.
Qarabağ düzündədir. Keçmiş adı Acı Kərrvənd olmuşdur. Kənd əvvəllər Acıdüzü adlanan yerdə qərvənd tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmış, sonralar acı komponentinin əvvəlinə tələffüzdə h səsi artırılmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
İstinadlar
Kateqoriya:Tərtər rayonunun kəndləri