"Ben-Hur" () — rejissor Vilyam Uaylerin filmi.

Məzmun

Bizim eranın 26-cı ilində Roma imperiyası artıq adəti üzrə öz ərazilərini genişləndirmək və yeni-yeni əraziləri istila etmək niyyətində idi. Yəhudilər Allahın oğlunun doğulmasının şahidi olurlar. Yəhudilərin görkəmli və varlı nümayəndəsi Ben-Hur öz uşaqlıq dostu və artıq Roma tribunu olan Messala ilə görüşür. Nə vaxtsa qohum qədər yaxın olan Ben-Hur və Messala bu görüşdən sonra düşmənə çevrilirlər. Səbəb Messalanın Ben-Huru yəhudiləri satmağa çəkməsi, Ben-Hurunsa heç vaxt öz xalqını satmayacağını söyləməsi idi. Nəticədə Ben-Huru çoxavarlı gəmiyə təhkim edir, onun ana və bacısını isə həbsxanaya salırlar.

Uzun sürən illər Ben-Huru çox sınaqlardan keçirir. Ben-Hur nə vaxtsa intiqam ala biləcəyini fikirləşərək bütün əzablara dözür. O, həsrətini çəkdiyi vətəninə qayıdır. Bu zaman ona yeni həyatı yaşamaq üçün yol göstərilir...

Film haqqında

Bu film Lyu Vollesin romanının sayca üçüncü çəkilişidir. Bu əsər buna qədər 1907-ci və 1925-ci illərdə çəkilmişdi. Film "Metro-Goldwyn-Mayer" kino şirkətini müflisləşməkdən qurtarmalı idi. Və qurtardı da — çəkilişlərə 15 milyon dollar xərclənsə də, 90 milyon dollar gəlir gətirdi. Prodüser Sem Zimbalist rejissor Vilyam Uaylerə bu filmə görə 1 milyon dollar məbləğində pul vermişdi. O zaman üçün bu məbləğ kinoda əlçatmaz idi. Filmin kütləvi səhnələrinin çəkilişində 50.000-dən artıq insan iştirak etmişdir. Təkcə 15.000 insan döyüş arabalarının yarış səhnəsində çəkilmişdir. Filmin çəkilişlərinə 8 ölkədən aktyorlar dəvət olunmuşdu. Lakin üstünlük Avropa kübarlarına verildi. Lyu Vollesin "Ben-Hur: İsanın hekayəti" əsəri bir neçə dəfə ekranlaşdırılmışdır. Belə ki, Vilyam Uaylerin filmi sayca üçüncü versiya hesab olunur. Filmin ilk versiyası olan "Ben-Hur" 1907-ci ildə rejissor Sidni Olkott tərəfindən çəkilmişdir. İkinci versiyanı — "Ben-Hur: İsanın hekayəti"ni isə 1925-ci ildə rejissor Fred Niblo çəkmişdir. Eyniadlı ("Ben-Hur") dördüncü versiya isə rejissor Stiv Şill tərəfindən çəkilmiş Kanada serialıdır. Bundan başqa "Ben-Hur"un 2003-cü ildə ekranlara çıxmış animasiya filmi də var.

Mükafatlar

1959-cu ilin "Oskar" mükafatı:

Ən yaxşı film Ən yaxşı rejissor işinə görə – Vilyam Uayler Ən yaxşı kişi roluna görə – Çarlton Heston Ən yaxşı ikinci plan kişi roluna görə – Hyu Qriffit Ən yaxşı operator işinə görə Ən yaxşı rəssam işinə görə – Vilyam Horninq Ən yaxşı geyim rəssamı Ən yaxşı səsə görə Ən yaxşı xüsusi effektlərə görə Ən yaxşı montaja görə – Con Danninq, Ralf Uinters Dram və ya komediya filmlərində ən yaxşı saundtrekə görə

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : Lyu Volles Ssenari müəllifi : Karl Tanberq Rejissor : Vilyam Uayler Operator : Robert Sertis Rəssamlar : Vilyam Horninq, Edvard Karfano Bəstəkar : Mikloş Roja Prodüser : Sem Zimbalist

Rollarda

Çarlton Heston – Ben-Hur Cek Houkins – Kvint Arri Haya Hararet – Esfir Stiven Boyd – Messala Hyu Qriffit – Şeyx İldırım Marta Skott – Miriam Keti O'Donnell – Tirza Bat-Hur Sem Caffe – Simonid Finley Kurri Frenk Trinq – Ponti Pilat Terens Lonqdon – Druz Corc Relf Endri Morell

İstinadlar

Xarici keçidlər

Ben-Hur Official Website Webpage BenHur Writing

Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Tarixi filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Vilyam Vaylerin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:1959-cu ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Ən yaxşı drama filminə görə Qızıl Qlobus mükafatını alan filmlər Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Qədim Roma haqqında filmlər Kateqoriya:I əsr haqqında tarixi filmlər Kateqoriya:İsa Məsih haqqında filmlər Kateqoriya:ABŞ-nin milad filmləri Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:1959-cu ilin dram filmləri Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ filmlərinin remeykləri Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı qaliblərinin çıxış etdikləri filmlər Kateqoriya:Ən yaxşı vizual effektlərə görə Oskar mükafatı alan filmlər Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:Kəffarə haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Romantik filmlər