Sofikənd — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Sofukənd oyk., mür. Dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsi XVIII əsrin əvvəllərində Şabran r-nunun keçmiş Qoleku (Azərb. dilində Qaladağ) kən¬dindən olan İbrahim Əfəndi baba adlı bir nəfər sufinin öz ailəsi və tərəfdarları ilə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim “sufinin kəndi” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 279 nəfər əhali yaşayır. Kənd əhalisi tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri