Allahqulular — Azərbaycan Respublikasının Şuşa rayonunun Səfixanlar kənd inzibati ərazi dairəsində kənd.
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Allahqulular kəndi Səfixanlar kənd Sovetinin tərkibinə verilmişdir.
1992-ci ilin mayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 mart 2023-ci il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində bir sıra yüksəkliklər, ətraf ərazilər, eyni zamanda, Allahqulular kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib.
Toponimikası Kəndin keçmiş adı Allahquluuşağı olmuşdur. XIX əsrin əvvəllərində bu kəndi Qarabağ xanı Mehdiqulu xana mənsub xəlfəli elatının allahquluuşağı nəsli salmışdır. Etnooykonimdir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Xəlfəliçayın sahilində, düzənlikdə yerləşir.
Həmçinin bax
Zamanpəyəsi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şuşa rayonunun kəndləri