Nəbilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd.

Coğrafiyası Həsənqulular kəndi təqribən 1240 m hündürlükdə yerləşir.

Tarixi Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun faktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, həmin Qərarla Zarıslı kəndi Daşaltı kənd Sovetindən ayrılaraq, Zarıslı kəndi mərkəz olmaqla Zarıslı kənd Soveti yaradılmış, Nəbilər kəndi Daşaltı kənd Sovetindən Zarıslı kənd Sovetinin tərkibinə verilmişdi.

1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsinin nəticəsinində kəndin ərazisi erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, 2020-ci ilin 9 noyabrdan 10 noyabra keçən gecə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Nəbilər kəndinin ərazisi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində kəndin ərazisi Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şuşa rayonunun kəndləri