Abbasın bədbəxtliyi qısametrajlı cizgi filmi rejissor D. Dikaryov tərəfindən 1935-ci ildə çəkilmişdir. Film Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycan xalq nağıllarının motivləri əsasında çəkilmişdir. Bu film müsəlman dünyasında hazırlanmış ilk cizgi filmidir. Bununla Azərbaycan həm də SSRİ-də ikinci ölkə olub ki, cizgi film istehsal edib.

Məzmun Film Azərbaycan xalq nağıllarının motivləri əsasında çəkilmişdir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.185

Film haqqında Bu film müsəlman dünyasında hazırlanmış ilk cizgi filmidir. Bununla Azərbaycan həm də SSRİ-də ikinci ölkə olub ki, cizgi film istehsal edib. Film saxlanılmayıb. Elçin Axundov: “Abbasın bədbəxtliyi” adlı ilk animasiya filminin çəkilişlərində əsas animatorlar iki alman mütəxəssisi idi. Həmin almanlardan başqa, o filmdə Qəzənfər Xalıqov, Məhəmməd Maqomayev, Ənvər Mirzəyev, Cabir Zeynalov da işləmişdi. Sonra həmin iki alman mütəxəssis repressiyaya məruz qalıb sürgün edildi. Almanlar gedəndən sonra Azərbaycanda animasiya çəkilişləri dayandı. Həmin film də itib-batdı.Azərbaycanlı animator: Disney filmləri axı sizə nə pislik edib? Azadlıq radiosu, Mart 13, 2016

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Aleksandr Popov Rejissor: D. Dikaryov Operator: Qavriil Yegizarov Rəssam: Qəzənfər Xalıqov, Məhəmməd Maqomayev, Cabir Zeynalov, Ənvər Mirzəyev

Mənbə Расцвет Азербайджанского советского искусства. Баку, 1986, стр. 110. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 47-49.

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1935-ci ilin Azərbaycan filmləri 1930-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1935-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın səssiz filmləri Kateqoriya:Azərbaycanca filmlər