Kürəsünnilər (və ya Kürəsünlü, Kürəsinli, Kürəsünnü) — Azərbaycan xalqının etnogenezində iştirak edən türkParçalanmış toplum - Kürəsünni türkləri (Audio) mənşəli tayfalardan biri. Dilləri Azərbaycan dilidir və əsasən sünni müsəlmandırlar.
Etimologiyası Kürəsinli adının mənşəsi dəqiq olaraq bəlirlənməyibdir və hələ də mübahisədədir. Yerli əhali Kürəsinni olaraq Salmas əhalisi isə Kürəsünni olaraq tələffüz edilməkdədir. Türk dili qaydaların nəzərdə alırsaq bu ad Kürəsin+li dən vicuda gəlib. Kürəsin əhalisi, Kürəsindən gələn insanlar, Kürəsinə mənsub adamlar kimi mənalanır. Belə nəzərə gəlir; Kürəsin, bir coğrafisəl addır və bir bölgə adı olmalıdır. Tohid Məlikzadə, "Salmasın on min illik Tarixi" kitabında yazır: Kürəsinlilər Səfəvi dövründə Girəsun bölgəsindən köçüblər və Türklərin Çəpni boyuna mənsubdurlar.Dr.Tohid Məlikzadə i Dilməqani, Salmasın onmin illik Tarixi (Farsca) (Nşr. Eldar Təbriz) s. 122 Şəhram Qasimzadə "Kürəsinlilərin Tarix və Sivilizasiyası" kitabında yazır: Kürəsinli ləhcəsiylə, Orta Asiyada Özbəklərin ləhcəsiylə bənzərliklər var və Kürəsinlilər Türküstanın qədim Xorasanın Xarəzm bögəsindən köçdükləri möhtəməl görünür. O deyir, Kürəsinli Xorasanlı ilə eyni sinonimlər ola bilər və buna görə də tarixdəki Xarəzmşahları bu məsələylə ilgiləndirir. Özbəklər Xarəzmi Xorazm olaraq tələffüz edirlər və birdə Xarəzmşahlara özlərini Xoresmənlər adlandırırdılar.Nəticədə, Xoras ilə Kürəs kəlmələrini birgə kökdən olduğun mümkün bilir.Şəhram Qasimzadə, Kürəsinlilərin Tarix və Sivilizasiyası (Farsca) (Nşr. Yaz) s. 34 Xarəzmlərin Moğolların hücumu əsnasında Güney Azərbaycana yerləşməsinə dayir sənədlər vardır.
Anadoluya köç 24 sentyabr 1925 tarixində 2086 Şərq İslahat Planı qərarnaməsiylə Kürəsinlilərin Vana yerləşmələrinə icazə verilmişdir. qərarnamədə: "Van şəhəri ilə Midyat arasındakı xəttin qərbində Ermənilərdən mətruk (tərk edilmiş) əraziyə Türk mühacirləri (Küresünnilər) yerləşdirilcəkdir." deyilməkdədir. Həmçinin, Bölgədə yerləşdiriləcək Kürəsinlilərə yardımı qərarı da: "Şərqə yerləşdiriləcək mühacirin (Kürəsinlilər) və yerli Türklərin məskən ediləcəkləri bölgələrə qədər hökumətin vəsait-i sirriyəsi (sirri vasitələr) ilə nəqlləri və əsnay-i nəqldə (daşıma heynində) iaşə və evlərinin hökumət tərəfindən inşası bir illik iaşələrinin təmini, heyvanat və alat-ı ziraiyelerinində (əkinçilik alətləri) eyni şəkildə hökumətdən itası lazım gəlir." qeyd edilmişdir.http://kuresunniler.com/tarih/turkiyede-kuresunniler/93-kresnnilerin-trkiyeye-yerlejumeleri-izin.html | Şark Islahat Planı Qərarnaməsi
Yaşadıqları yerlər
Güney Azərbaycanda Kürəsünnilər, əsasən İranın Qərbi Azərbaycan ostanında Xoy və Salmas arasında yerləşən Kürəsünni mahalı adı ilə tanınan bölgədə və Urmiyə ətrafında yaşayırlar.
Urmiyada Quluncu, Gecin, Vəlində,Qızıl Xənəyə, Balı,Mirava, Neybin, Balanac, Dul Dizəsi, Kəhriz, Gültəpə, Tümətər, Kökədə və Bənd kəndlərində.
Xoyda Estiran, Yesdikan , Babəkan, Dizə, Qaratəpə, Qotur, Mexin, Raviyan, Zeri, Küküt, Almalı,Şıxlar Zeyvəsi, Hindivan və Görpiran kəndlərində.
Salmasda Şəkəryazı, İstisu, Kanıyan(Kangənli), Vərdan, Ala Sürmə, Şirəki, Silav, Hödər, Həqveran, Çiçək və Mafkəndi kəndlərində.
Həmçinin Rikava(İrkava), Sərəmerik, Şeydan, Gulan Yengicə, Ağziyarət ve Şorik kəndlərində də yaşamaqdadırlar.
Türkiyədə 1925-ci ildə Türkiyəyə köçən kürəsünnilər isə, əsasən Van şəhərində və Van ilinin kəndlərində yaşayırlar.
Van şəhərində İskele, Yalı, Beyüzümü (Şahbağı), Sıhke məhəllələrində
Van ili kəndlərində Alaköy, Karagündüz, Kasımoğlu, Bardakçı, Lamizgirt, Yumrutepe, Köprüler (Gem) Mollakasım kəndlərində
Van ili ilçələrində Özalp, Saray, Sırımlı Köyü, Çaldıran, Başkale, Edremit ilçələrində.
Bitlisdə Ahlat, Adilcevaz ilçələrində və Erikbağı kəndində.
Xarici keçidlər Küresünniler ve 1921'de Türkiyeye Göçleri http://kuresunniler.com/ "Kürəsinlilərin Tarix və Sivilizasiyası" kitabın linki
İstinadlar
Kateqoriya:Ellər Kateqoriya:Azərbaycanlılar Kateqoriya:Azərbaycan diasporu Kateqoriya:İranda yaşayan etnik qruplar Kateqoriya:Türkiyədə yaşayan etnik qruplar Kateqoriya:Kürəsünnilər Kateqoriya:Azərbaycan tayfaları Kateqoriya:Türk xalqları Kateqoriya:İran tarixi Kateqoriya:Yaxın Şərqdə yaşayan etnik qruplar