San-Marino Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2008-ci ildə qoşulmuş və ümumilikdə 9 dəfə müsabiqədə iştirak etmişdir. O, müsabiqədə iştirak etmiş 50-ci ölkə olmuşdur. Lakin müsabiqənin ən kiçik ölkəsi üçün Avroviziyada debüt uğurlu alınmamışdır. Miodio qrupu yarımfinalda sonuncu yeri tutaraq finala adlaya bilməmişdir. Bunun ardınca San-Marino növbəti müsabiqələrdə iştirakdan imtina etmiş və iki illik fasilədən sonra 2011-ci ildə yenidən Avroviziyada iştirakını bərpa etdmişdir. Lakin ölkə təmsilçiləri növbəti üç il boyunca yenə də müsabiqənin finalına vəsiqə qazana bilməmişdir. San-Marino ilk dəfə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində Valentina Monettanın ifa etdiyi "Maybe" mahnısı ilə ölkəsini ilk dəfə Avroviziya finalına yüksəltmişdir. Bundan başqa Valentina Monetta San-Marinonu Avroviziyada 2012, 2013 və 2017-ci illərdə də təmsil etmişdir. İndiyədək San-Marinonun Avroviziyada əldə etdiyi ən yüksək nəticə 2019-cu ildə türk ifaçı Serhatın ifa etdiyi "Say Na Na Na" mahnısı ilə finalda 19-cu yeri tutması olmuşdur.

Təmsilçilər

İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 2008 İtalyanca Miodio "Complice"Finala keçməyib 19 5 2011 İngiliscə Senit "Stand By" 16 34 2012 İngiliscə Valentina Monetta "The Social Network Song" 14 31 2013 İtalyanca Valentina Monetta "Crisalide (Vola)" 11 47 2014 İngiliscə Valentina Monetta "Maybe" 24 14 10 40 2015 İngiliscə Anita Simonçini və Mikele Perniola "Chain of Lights"Finala keçməyib 16 11 2016 İngiliscə Serhat "I Didn't Know" 12 68 2017 İngiliscə Valentina Monetta və Cimmi Vilson "Spirit of the Night" 18 1 2018 İngiliscə Cessika və Cenifer Breninq "Who We Are" 17 28 2019 İngiliscə, Türkcə Serhat "Say Na Na Na" 19 77 8 1502020İngiliscəSenit"Freaky"

Səsvermə tarixçəsi San Marinonun ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 68 2 40 3 36 4 34 5 32

San Marinonun ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 4 2 3 3 3 5 1

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində