Dost ilə birgə portret () — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.

Tabloda təsvir olunan gənclərdən solda olan və ciddi formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır. Bunlar Polidoro-da-Karavacco və Covanni Battista Brankonio adlı şəxslərdir. Tabloda dostlardan hansının təsvir olunması isə məlum deyil. Rafael Santinin özü də qeydlərində bu barədə heç bir məlumat vermir. Tablo bir zamanlar Fransa kralı I Fransisə məxsus olmuşdur.

Xarici keçidlər Page at artonline.it (italyanca)

Kateqoriya:Rafael Santinin rəsm əsərləri Kateqoriya:Avtoportretlər Kateqoriya:Rafaelin çəkdiyi portretlər Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər