Çöl Qala məscidi — XIX əsrdə Şuşanın Çöl Qala məhəlləsində tikilmişdir.

Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan (Mərdinli məscidi, Quyuluq məscidi, Köçərli məscidi) və ya müstəvi səpkisində işlənmiş (Çöl Qala məscidi, Seyidli məscidi, Mamay məscidi) həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur. Şuşanın məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran yazılarından, yapma bəzəklərindən istifadə olunur. 220px|thumb|left|Çöl qala bulağı və məscidi, 2021-cü ildəki vəziyyəti

Bərpa

2023-cü ildə Çöl Qala məscidində bərpa işlərinə başlanılmışdır. 2025-ci il martın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin və ona bitişik bulağın bərpadan sonra açılışında iştirak etmişlər. Dövlət başçısı və birinci xanım görülmüş işlərlə tanış olmuş, Şuşanın tarixi-mədəni irsinin qorunmasının vacibliyini vurğulamışlar.

İstinadlar

Xarici keçidlər

Şuşa-Çöl Qala məscidi tərəfindən açılan maraqlı küçələr (2021)

Kateqoriya:Şuşa abidələri Kateqoriya:Şuşa məscidləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Azərbaycandakı şiə məscidləri Kateqoriya:XIX əsr məscidləri Kateqoriya:Şuşadakı dini tikililər