Məzmun Film II Dünya müharibəsində istedadlı sərkərdə, tank qoşunları briqadasının komandiri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuşdur. Döyüş vaxtı arxadan xain düşmən gülləsinə tuş gəlmiş qəhrəmanın obrazını yaratmaq məqsədilə hərbi illərin tarixi xronikasından, sərkərdənin yaxınlarının, döyüş yoldaşları və dostları — Obçanski, Poqorelko, marşal Yeremenko, Moskva sirkinin məşhur aktyoru Mixail Şuydin, general-polkovnik Obuxov və akademik Samsonovun sinxron xatirələrindən istifadə olunmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Musa Bağırov Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Zaur Məhərrəmov Səs operatoru: Şamil Kərimov
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Həzi Aslanov haqqında filmlər Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Müharibə filmləri